İranda məhbuslara qarşı şiddət davam edir

Okuma Süresi:

1–2 dakika
❤️

İranda məhbuslara qarşı şiddət davam edir- an.T –

İranın Böyük Tehran zindanının nəzarətçiləri aclıq aksiyası keçirən siyasi məhbusları zindanın sağlıq mərkəzində vəhşicəsinə döyüblər.

İranın Böyük Tehran zindanının nəzarətçiləri aclıq aksiyası keçirən siyasi məhbusları zindanın sağlıq mərkəzində vəhşicəsinə döyüblər.

“Aznews tv” xəbər verir ki, 2019-cu il noyabr etirazları zamanı həbs olunan Səid Təmcidi yanvarın 28-də Böyük Tehran həbsxanasından zəng edərək bir qrup siyasi məhbusun zindanın sağlıq mərkəzinə müraciət etməsindən sonra sağlıq mərkəzinin həkimi tərəfindən bıçaqla təhdid olunduqlarını və daha sonra sağlıq personalı və nəzarətçilər tərəfindən döyüldüklərini bildirib.

Təmcidinin dediyinə görə, Bektaş Abtinin ölümü və məsuş şəxslərin onların zindandakı problemlərinə laqeyd yanaşmasına etiraz olaraq aclıq aksiyası keçirən siyasi məhbuslar həyati əlamətlərin qeydə alınması üçün sağlıq mərkəzinə aparılsalar da, sağlıq personalının siyasi məhbusları təhqir etməsindən və nalayiq hərəkətlərindən, vəzifələrini yerinə yetirməkdən boyun qaçırmasından sonra aralarında münaqişə yaranıb.

Döyülən məhbuslar arasında Səid Təmcidi, Əmir Hüseyn Muradi, Həmid Cəfər Kaşani, Məhəmməd Türkəman və Məhəmməd Əbulhəsəninin olduğu bildirilib.

Məlumatda habelə qeyd olunub ki, sağlıq mərkəzinin həkimi siyasi məhbuslara bıçaqla hücum edib və onlardan bir neçəsini yaralayıb. Daha sonra isə zindan məmurları məlumat yayaraq münaqişəni məhbusların yaratdığını iddia ediblər.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar