Milad Ağazadənin “Xıdır Nəbi bayramı” sənədli filmi: Qədim mədəniyyətin güzgüsü

Okuma Süresi:

2–3 dakika
❤️

Azərbaycan türklərinin zəngin bayram ənənələri içərisində Xıdır Nəbi Bayramı xüsusi yer tutur. Bu bayram qışın sonuna yaxın, yazın gəlişi ərəfəsində qeyd olunur və əsas məqsədi çətin qış aylarının bitməsini, bolluq və bərəkətin yaxınlaşmasını qeyd etməkdir.

İran’dan olan, Azərbaycan türklərinin qədim adət-ənənələri və mədəniyyətini əks etdirən sənədli filmlər hazırlayan Milad Ağazadə bununla bağlı “Xıdır Nəbi bayramı” adlı sənədli film çəkib. Film qədim adətlərin müasir dövrdə necə yaşadığını sənədləşdirmək məqsədi daşıyır.

Milad Ağazadə filmi ilə bağlı “Azerbaijan Post” qəzetinə danışaraq bildirib ki, Xıdır Nəbi bayramı qışın çətinliklərinə qarşı insanın ruhunu gücləndirən bir mərasimdir:

“Qış, qaranlıq və çətinliyin simvolu olduğu kimi, yaz da yeni həyatın və bərəkətin müjdəsidir. Keçmişdə insanlar qışı yola salmaq üçün müxtəlif hazırlıqlar görər, xüsusi mərasimlər keçirərdilər. Xıdır Nəbi bayramı da məhz bu məqsədlə yaranıb.

Bu bayram xüsusilə Güney Azərbaycanın kəndlərində geniş qeyd olunur. Keçmişdə olduğu kimi, indi də insanlar Xıdır Nəbi bayramına böyük önəm verir, müxtəlif mərasimlər təşkil edir və qədim ənənələri yaşadırlar”.

Milad Ağazadə deyir ki, filmində Xıdır Nəbi Bayramına aid əsas dörd ənənə xüsusi vurğulanır:

1.Kosa oyunları.
Bayram gecəsinin ən maraqlı hissələrindən biri Kosa
oyunlarıdır. Kosa – Qışı və köhnə ili təmsil edən simvoldur. O, bığlı, əynində qalın paltar olan, əlində zınqırovlu ağac gəzdirən bir obrazdır. O, axşam vaxtı evləri gəzərək müxtəlif tamaşalar göstərir, şənliklər yaradır və ev sahibləri onlara hədiyyələr və yeməklər verir.
Bu adət insanların qışı əyləncəli şəkildə yola salmasını və yeni ilin gəlişinə ümidlə baxmasını simvolizə edir.

2.Qovut hazırlamaq və bərəkət inancı. Bayram günündə xüsusi yeməklər hazırlanır və bunların arasında ən məşhuru qovutdur. Qovut buğda, çətənə, iydə, şirə və şəkərdən hazırlanır. Gecə yarısı evin böyüyü qovutdan bir ovuc götürüb pəncərənin önünə qoyur və pəncərəni açıq saxlayır. İnanclara görə, Xıdır Nəbi gecə gəlir, qovutdan dadır və ev sahibinə bərəkət gətirir. Bu ənənə xalq arasında bərəkət və ruzinin artması inancı ilə bağlıdır və indiyə qədər bir çox kəndlərdə qorunub saxlanılır.

3.Fal tutmaq, evlilik ayini. Xıdır Nəbi bayramında qızlar öz gələcək talehlərini öyrənmək üçün fal açarlar. Gənc qızlar bayram günü xüsusi niyyət kökəsi bişirir və səhər tezdən onu qarğaların olduğu yerə atırlar. İnanclara görə, qarağalar kökəni kimin evinə aparsa, o qız həmin evin bir oğlanı ilə evlənəcək. Bu qədim ənənə gənc qızların evlənəcəyinə dair bir ümid və inanc yaratmaq məqsədi daşıyır.

4.Şal sallamaq – pay toplama adəti. Gənc oğlanlar bayram gecəsi evlərə şal atarlar və bu da maraqlı bir adətdir:

Oğlanlar evlərin qapısına bir dəsmal və ya şal sallayır və “Mən Xıdır Nəbinin oğluyam, varsa nəzriniz verin, aparım Nəbiyə çatdırım” deyirlər. Ev sahibləri şala yumurta, yeməklər və ya yun corab bağlayaraq geri qaytarır. Bu adət Xıdır Nəbinin insanlara bərəkət gətirməsi və paylaşma mədəniyyətinin yaşaması ilə bağlıdır”.
Milad Ağazadə filmini Azərbaycan türklərinin qədim mədəniyyətini gələcək nəsillərə ötürmək və onun unudulmamasını təmin etmək üçün çəkdiyini bildirir. O, İranın müxtəlif bölgələrində hələ də qeyd olunan Xıdır Nəbi bayramının, mədəniyyətimizin canlı yadigarı olduğunu və bu dəyərlərin qorunmasının vacibliyini vurğulayır.
Bu sənədli film keçmişi bu günə daşıyan bir körpü kimi, Azərbaycan türklərinin mədəni irsini qoruyub saxlamağa xidmət edir. İranda yaşayan türklərin tarixi və mədəniyyəti ilə bağlı belə filmlərin çəkilməsi onların kimliyinin güclənməsinə kömək edir.

Beləliklə, Milad Ağazadənin “Xıdır Nəbi bayramı” sənədli filmi qədim Azərbaycan ənənələrinin yaşadığını sübut edir. Bu film
yalnız bir bayramın sənədləşdirilməsi deyil, həm də xalqımızın min illərdir qoruyub saxladığı mədəniyyətin

YAŞAR PUR -CANADA



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar