“Azərbaycanın sərvətlərinin talanmasına son qoyun”-Təbrizdə yazılı vərəqələr yayılıb

Okuma Süresi:

1–2 dakika
❤️

İyunun 14-də milli fəallar Təbriz şəhərində aksiya keçirib. Onlar şəhərdə yazılı vərəqələr yayaraq Azərbaycan sərvətlərinin hökumət tərəfindən talanmasına son qoyulmasını tələb ediblər.

Vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü qeyd olunub.

“Bu söz Azərbaycan sərvətlərinin talanmasına bariz bir nümunədir. Talanan və aradan aparılan yalnız dil və mədəniyyətimiz deyil.

Bu haqq sözləri dilə gətirən bir çox mədəni fəallarımız bu gün zindanlardadırlar. Onları müdafiə etmək hamımızın borcudur”-deyə, vərəqələrdə bildirilıib.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar