İranda ötən il dörd mindən çox həkim ölkədən getmək üçün müraciət edib

Okuma Süresi:

1–2 dakika
❤️

İranın Tibb Sistemi Təşkilatının sözçüsü ötən il (İranda yeni il martın 21-də başlayır) 4000-ə yaxın həkimin digər ölkələrə mühacirət etmək üçün “miqrasiya sertifikatı” (Good Standing) almaq üçün müraciət etdiyini deyib.

“Aznews tv”xəbər verir ki, bu barədə Rza Laripur dünən İran mediasına açıqlamasında habelə bildirib: “Sertifikat almaq üçün müraciət edənlərin çoxu 2021-ci ilin avqust ayında, mühacirət sertifikatı üçün müraciət edənlərin çoxu isə ümumi təcrübəçilər olub”.

Bu sertifikat digər ölkələrdə öz sahələrində çalışa bilməsi üçün həkimlərə verilən sənəddir.

Xatırladaq ki, son illərdə İran rejiminin yanlış siyasəti və ağır iş şəraiti və aşağı maaş səbəbindən yüzlərlə həkim, o cümlədən digər sahələrdə çalışan savadlı kadrlar ölkədən gedərək digər dövlətlərə sığınmaq məcburiyyətində qalırlar.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar