Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma naziri ilə görüşüb

Okuma Süresi:

1–2 dakika
❤️

Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma naziri ilə görüşüb – azerbaijan-news.az/ turkishforum – Abdullah Türer Yener

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehrana bir günlük səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi ilə görüşüb, iqtisadi-ticari əlaqələrin mövcud vəziyyəti və potensialı haqqında müzakirələr aparıb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin davamlı inkişafı üçün səylərin daha da artırılmasının əhəmiyyəti vurğulanıb, neft-qaz, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib, qarşılıqlı səfərlərin və görüşlərin faydalılığı qeyd olunub



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar