Azərbaycan Respublikasının Cənab Prezidentinə Təşəkkür və Müraciət Məktubu

Okuma Süresi:

1–2 dakika
❤️

– Azərbaycan Respublikasının Cənab Prezidentinə Təşəkkür və Müraciət Məktubu – tarix: 31.03.1404 (21.06.2025)

Hörmətli cənab İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız bu günlərdə İran İslam Respublikasının təcavüzkar və ekspansionist siyasəti nəticəsində hava hücumlarının şahidi olurlar. Bu hücumlar hər nə qədər rejimin hərbi obyektlərini hədəf alsa da, əhalinin, xüsusilə mülki vətəndaşların arasında qorxu, narahatlıq və əzab davam etməkdədir. Belə təhlükəli bir şəraitdə, Azərbaycan Respublikasının İsrail dövlətindən iki dəfə Cənubi Azərbaycanda yaşayan türklərin yerləşdiyi mülki yaşayış məntəqələri və infrastrukturun hədəf alınmaması üçün etdiyi müraciətlər soydaşlarımız tərəfindən böyük məmnuniyyət və rəğbətlə qarşılanmışdır.

Biz, Cənubi Azərbaycan təşkilatları olaraq, öz adımızdan və soydaşlarımızın adından bu prinsipial və insani mövqeyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Bu mövqe, Sizin Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında xaricdə yaşayan soydaşların hüquq və təhlükəsizliyi barədə söylədiyiniz tarixi bəyanatların parlaq bir təzahürüdür və şübhəsiz ki, tarixə düşəcəkdir.

Soydaşlarımızın can və mal təhlükəsinə səbəb olan digər bir ciddi təhlükə isə, İranın zəif mərkəzi hakimiyyətindən istifadə edən və Cənubi Azərbaycanın qərb şəhərlərinə hücum və işğal hazırlıqları aparan terrorçu təşkilatlar, xüsusilə PJAK-ın işğalçı planlarıdır. Türk milləti tarix boyu olduğu kimi bu gün də vətənini, canını, malını və namusunu qorumaq üçün hər cür fədakarlığa hazırdır. Lakin biz, bu mühüm məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentindən xalqımıza dəstək olmasını xahiş edirik.

Bir daha vurğulayırıq ki, Cənubi Azərbaycandakı türk milləti bu müharibənin tərəfi və tərəfdarı deyil. Bu savaş, İran İslam Respublikası rejimi tərəfindən xalqımıza zorla qəbul etdirilmişdir.

Sizin bu məsələyə göstərdiyiniz diqqət və həssaslığa görə bir daha təşəkkür edir, Sizə səmimi arzularımızı və ehtiramımızı bildiririk.

Cənubi Azərbaycan Təşkilatları:

Azərbaycan Milli Dirəniş Təşkilatı – DİRƏNİŞ

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi – GAMAC

Güney Azərbaycan
Qurtuluş Partiyası – QURTULUŞ

Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

Azərbaycan Demokrat Partiyası – ADP

Güney Azərbaycan Demokrat Partiyası – GADP

Azərbaycan Mərkəz Partiyası – AMP

Güney Azərbaycan Milli Dövlətçilik Şurası

GÜNAYIM NEWS



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

  1. H.Can avatarı
    H.Can

    Buda Azerbeycanın yüz karası. Trump un yalakçısı. Aptal, ülkeyi 99 sene sömürecek eşkiyanın eline verdi. Utanmaz, Azerbeycan halkına yapılan en büyük düşmanlık., şerefsizlik.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar