Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh yaxındır

Okuma Süresi:

1–2 dakika
❤️

Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir.

Ermənistan mətbuatı xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın Baş naziri Robert Fitso ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh çox yaxındır.

“Ümid edirəm ki, bugünkü məruzəm zamanı Ermənistan və Azərbaycan arasında sülhün nə qədər yaxın olduğunu beynəlxalq tərəfdaşlarımız üçün daha nəzərəçarpan etməyə nail oldum. Əlbəttə, biz öz öhdəliyimizi tam şəkildə yerinə yetirəcəyik. Bu tarixi fürsəti (sülh sazişinin imzalanmasını) qaçırmamaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdiririk. Bu imkan əldən verilməyəcək. Çətinliklər olsa da, irəliləyirik”, – baş nazir bildirib

RIFAT MURATLI -BAKÜ



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar