Vərziğanda mədənçilərin həbsi davam edir

Okuma Süresi:

1–2 dakika
❤️

İşçi hərəkatı fəalları yeni həbslərlə bağlı məlumat yayıb.

İşçi hərəkatı fəallarının yaydığı məlumata görə, Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Süngün mis mədənində daha 5 etirazçı işçi həbs edilib.

Kazım Şahi, Saleh Məhəmmədi, Məhəmməd Mahmudi, İsmayıl İbadi və Hacı Ziyad Mahmudi təhlükəsizlik məmurları tərəfndən saxlanılaraq naməlum yerə aparılıb.

Bundan öncə iyulun 5-dən tətil aksiyasına əl ataraq işi dayandıran mədənçilərdən 8-i həbs edilib.

Onların 2-i sonradan müvəqqəti olaraq sərbəst buraxılıb və hal-hazırda son həbs edilənlərlə birgə 11 mədənçi həbsdədir.

Bir sıra insan haqları təşkilatları son günlər daha çox etirazçının saxlanıldığını, onların ümumi sayının 28 nəfər olduğunu və məhbusların kimliyinin dəqiqləşdirilməsinə çalışdıqlarını yazıblar.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən podratçılar tərəfindən istismar edildiklərini deyirlər.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar