Şərqi Azərbaycanda istehsal sahəsinə sərmayə qoyulmur

Okuma Süresi:

1–2 dakika
❤️

Şərqi Azərbaycan əyaləti valisinin müavini Məhəmməd Kəlami istehsal sahəsi üçün əyalətə sərmay qoyulmadığını və bu sahənin acınacaqlı durumda olduğunu deyib.

Məhəmməd Kəlami əyalətdə bu problemin həlli və istehsalçıların fəallaşması üçün 30 min milyard tümən vəsaitə ehtiyac olduğunu söyləyib.

Şərqi Azərbaycanda 1200 yarışmçıq layihənin olduğuna toxunan vali müavini onların tamamlanması üçün ötən il əyalətə ayrılan ümumi büdcənin 3 qatına ehtiyac duyduqlarını bildirib.

Qeyd edək ki, bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) əyalətdə yüzlərlə yarımçıq layihənin olduğunu demişdi.

“Ölkənin ən böyük layihələri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq” deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar