Təbrizdə milli fəal Əziz Purvəlinin məzarı dağıdılıb

Okuma Süresi:

1–2 dakika
❤️

Tanınmış milli fəal Əziz Purvəli Təbrizin “Vadi rəhmət” qəbristanlığındakı məzarına növbəti dəfə hörmətsizlik edilib. Məlumata görə, onun məzar daşı sındırılaraq dağıdılıb.

Bu barədə azərbaycanlı fəalın ailəsi açıqlama verib.

“Belə bir çirkin əməlin baş verməsi Azərbaycanın böyük xalqının istibdad və müstəmləkəçiliyə nifrətini dahada artıracağı şübhəsizdir”-deyə, bildiriblər.

Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından olan Əziz Purvəli, dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib, basqılarla üzləşib.

O, 2019-cü ilin 23 may tarixində xərçəng xəstəliyi səbəbindən Təbrizdə dünyasını dəyişib.

İran hökumətinin əlaltıları və məmurlarının siyasi müxaliflərin, milli və dini azlıqların məzarlarına qarşı hörmətsizlikləri, onların məzarlarını dağıtmaları barədə yüzlərlə fakt var.

Qeyd edək ki, Əziz Purvəlinin dəfn mərasiminə qatılan çox sayda fəal İran təhlükəsizik məmurları tərəfindən saxlanılmış və onlara qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülüb.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar