İranda 8 məhkum edam edilib

Okuma Süresi:

1–2 dakika
❤️

Onlar İranın müxtəlif zindanlarında dar ağacından asılıblar.

Martın 15-də İranın müxtəlif zindanlarında saxlanılan məhkumlar dar ağacından asılaraq edam ediliblər.

Şərşənbə günü səhər saatlarında Kərəc şəhərinin “Rəcaişəhr” zindanında qətldə ittiham olunan 3 məhkum dar ağacından asılıb.
Eyni gündə başqa bir məhkumun edam cəzasının icrası İsfahan şəhərinin “Dəstgird” zindanında həyata keçirilib.

Bununla yanaşı narkotikm qaçaqmalçılığı, oğurluq və qətldə ittiham olunan və Şiraz şəhərinin “Adilabad” zindanında saxlanılan 4 məhkum edam edilib.

Onlardan birinin Əfqanistan vətəndaşı olduğu və qətldə ittiham olunaraq 5 il öncədən Şiraz zindanında saxlanıldığı bildirilir.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının fevral ayına olan hesabatında son bir ayda İranda 23 məhkumun edam edildiyi yazılıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi.

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar