İranda son 10 ildə 170 qadın edam olunub

Okuma Süresi:

1–2 dakika
❤️

İranda son 10 ildə 170 qadın edam olunub- www.aznews.tv /

“Aznews tv” xəbər verir ki, İnsan Haqları Təşkilatının verdiyi məlumata əsasən, bu il onlarla qadın İran zindanlarında edam olunub. Bu da öz növbəsində İranda ədalətsiz məhkəmə sisteminə qarşı İnsan Haqları Təşkilatlarının narahatlıqlarını daha da artırır.
İranda narkotik maddə cinayətlərinə görə verilən edam hökmü ilə bağlı qanunun yumşaldılmasına baxmayaraq, təkcə son bir il ərzində İran zindanlarında cəza çəkən 116 məhkum, o cümlədən bir neçə qadın edam edilib. Bu rəqəm ötən il isə 25 nəfər olub.

“Aznews tv” xəbər verir ki, İnsan Haqları Təşkilatının verdiyi məlumata əsasən, bu il onlarla qadın İran zindanlarında edam olunub. Bu da öz növbəsində İranda ədalətsiz məhkəmə sisteminə qarşı İnsan Haqları Təşkilatlarının narahatlıqlarını daha da artırır.

Sözügedən təşkilatların verdiyi məlumata görə, İran həbsxanalarında edam olunan qadınların əksəriyyəti ərini öldürmək suçundan edam olunub.

Norveçin paytaxtı Oslo şəhərində yerləşən İran İnsan Hüquqları Təşkilatı bu yaxınlarda İranda edam olunan qadınlardan birinin Süsən Rzayipur olduğunu bildirərək, onun əmisi oğlu olan həyat yoldaşını öldürməsi ittihamı ilə oktyabrın 27-də edam edildiyini bildirib.

İran İnsan Hüquqları Təşkilatı habelə qeyd edib ki, son 10 ildə İranda edam olunan qadınların ümumi sayı 170 nəfər olub.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar