İranda etirazlar zamanı daha bir SEPAH zabiti öldürüldü

Okuma Süresi:

1–2 dakika
❤️

İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun silahlı qüvvələrinin üzvü ölüb, 5 polis də yaralanıb.

Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılar İranın ümumxalq etirazlarında qətlə yetirilən gənc qız Hədis Nəcəfinin ölümünün 40-cı günündə Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarları səsləndiriblər.

Nümayişlərin davam etməsi ilə, Kərəc şəhərinin küçələrində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə baş tutan etirazları nəzarətdə saxlamaq üçün bu şəhərə qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar