İran televiziyasından növbəti təhqir

GünAzTv: İran Teleradio şirkəti, sözdə milli televiziya adlanan İranın 1-ci kanalında Türk millətinə qarşı təhqiramiz ifadə işlədilib. - Iran Resmi Televizyonu
,

GünAzTv: İran Teleradio şirkəti, sözdə milli televiziya adlanan İranın 1-ci kanalında Türk millətinə qarşı təhqiramiz ifadə işlədilib. - Iran Resmi TelevizyonuGünAzTv: İran Teleradio şirkəti, sözdə milli televiziya adlanan İranın 1-ci kanalında Türk millətinə qarşı təhqiramiz ifadə işlədilib.

Dünən oktyabr ayının 16-da (Mehr ayının 23-ü) həftə boyu dünya və İranda baş verən hadisələri təhlil edən proqramda İsrailin Fələstinə qarşı hücumları təhlil edilib.

Təhlil zamanı şərhçilərdən biri dəfələrcə “Türktazi” ifadəsindən istifadə edib. Sözü gedən ifadə dəfələrcə böyük xətlə titr kimi televiziya ekranında nümayiş etdirilib.

Bu ifadəde “Türk yürüşü”, “Türk hücümü” mənasına gələn söz, “vəhşi hücum”, “mədəniyyətsiz hücum” kimi təqdim edilib.

Qeyd edək ki, Fars şovinizminin təbliğatı nəticəsində dilimiz, mədəniyyətimiz və tariximiz təhrif olmaqla yanaşı, həmdə bizə aid nəvarsa lağ obyektinə çevirib və bu şəkildə mənasını dəyişməyə çalışıblar. “Türk” ifadəsi bir çox alimlərin iddiasına görə, qüdrət, güclü, güc mənasına gəlsədə Fars şovinizmi onu vəhşilik və mədəniyyətsiz mənasında anlamlandırmağa çalışır.

www.GunAz.Tv 16-Oktyabr-2010

Okumaya devam et  Çin Nereye? Çin’de Neler Oluyor

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir