İsrail və Biz

Diqqətli olmalıyıq. - israil turkiye

Diqqətli olmalıyıq.

İsrailin Türkiyə və İran siyasəti eynidir. Eyni stratejiyə xidmət edir, paralel aparılır. Türkiyənin parçalanması-içindən Kürdüstan, Ermənistan, Pontus dövlətlərinin və avtanom Ortodoksal konstantinapol patrikliyinin çıxması.

İranın parçalanması-İçindən Kürdüstan, Farsistan, Azərbaycan, Bəllucistan dövlətlərinin çıxması. İraq və Suriyanın parçalanması, içindən Kürdüstan, sünni-şiə ərəb dövlətciklərinin yaradılması da gündəmdə. Yəni İsrailin yerləşdiyi bölgədə dövlətlər etnik böıgələrə parçalanır, kiçik etnik dövlətciklər yaradılır, İsrail isə əksinə İran, İraq, Suriya, Türkiyə kürdlərinin birləşməsi və dəstəkləri ilə böyüyüb güclü dövlət olur, “vəd edilmiş torpaqlar”da yenidən yəhudi-İsrail krallığı yaradılır və BOP -si zəfərlə sonuclanır. Suriyanın, Türkiyənin və İranın parçalanması ilə İsrail böyük Kürdüstan adı ilə kəngər körfəzinə və Aralıq dənizinə çıxmaq, Türkiyədəki Fərat və Dəclə çaylarının başlanğıc bölgələrini, mənbəyini ələ keçirməklə orta doğudakı su savaşlarını qazanmağı amaclayır. İsrail İraq, Suriya, İran, Türkiyə dövlətlərini parçalayaraq böyük Kürdüstan-əslində böyük İsrail dövlətini qurur. Kürdlər İsrailin vəkalət savaşını aparır. İsrail 1948- dən günümüzəcən genişlənmək, yayılmaq, “vəd edilmiş torpaqlar”ı İsrailə qatmaq siyasəti aparır. Bu siyasətini reallaştırmaq üçün hər şeydən- din, məzhəb, millətçilik, etnikçilik kimi hərəkatlardan istifadə edir. İsrail Ərəb dünyasına qarşı Fars, (sünni ərəbə qarşı şiə fars), Türk dünyasına qarşı kürd-fars milliyətçiliyini kullanır. İsrail İrana qarşı Azərbaycan türklərini, Türkiyəyə qarşı Kürdləri istifadə etməklə İran və Türkiyəni bölmək siyasəti izləyir.

Amerika dəstəkləri ilə İsrail mərkəzli çox dilli, çox dinli, çox etnoslu yeni orta doğu yaradılır. Orta doğunun vahid islami kimlikli sivilizasiyası, mədəniyyəti parçalanır, Qüds yəhudi-xristian mədəniyyətinin mərkəzlərindən birinə çevrilir, Qüds islami kimliyini itirir. Mədəniyyətlərin, dinlərin tarixi axışını seyr etdikcə, Batı tarixçiliyindəki Xristian kültür təəssübünü və ruhunu dərk etdigcə bu qənaətə gəldim ki, Qüdsdən sonra İstanbul gəlir. İslam dünyası birinci aşamada Qüdsü itirdisə, ikinci aşamada İstanbulu itirə bilər. Proses buna doğru gedir. Qüds İstanbulun qalası və müdafiəçisi idi…
(Sovet tarixçiliyində yetişmiş Azərbaycanlılar orta çağ tarixindən qopduğu üçün məni anlamazlar).

Diqqətli olmalıyıq. İsrailin kuklası olmamalıyıq. İsrailin(Amerikanın) vəkalət savaşlarına qatılmamalıyıq. İsrailin (Amerikanın) orta doğu planı(böyük İsrail planı) Türk Millətinin maraqlarına ziddir.

Okumaya devam et  Millət vəkillərindən Rusiya sülhməramlılarına sərt etiraz

1.Orta doğunun 2 egemen gücü və sahibi vardır. Türklər və Ərəblər.

2. Orta doğuda siyasi sınırları və xalqların kaderini İsrail və Amerika yox, Türklər və Ərəblər bəlirləyəcəklər

3. İran İsrailin əli ilə deyil, İranın sahibi olan Türklərin əli ilə dəyişəcəkdir.

4. Azərbaycan -İsrail müttəfiqliyi strateji yox, taktiki müttəfiqlikdir.

5. Farslarla-Yəhudilər Orta doğuda ərəb və türk çoğunluğu içində azınlıq olduqları üçün, türkə və ərəbə qarşı dirənə bilmək üçün tarixi-strateji müttəfiq olmuşlar. Lakin 1979 dakı İslam İnqilabından sonra şiə fars kimliyi İslamın imperializmə və sömürgəçiliyə qarşı apardığı 200 illik savaşının bayrağını yenidən qaldırmaq iddiasını irəli sürdü və İslam adına məşruluq qazanmaq və Şiə dünyasına liderlik etmək məqsədilə Fələstini işğal edən İsraili-Amerikanın orta doğudakı müttəfiqi olan imperializmin vəkalət təmsilçisi sionizmi baş düşmən elan etmişdir.

6. İran İzrail -Fələstin savaşına sürüklənməməlidir. Bu proses durdurulmalıdır. İran İsraillə savaşa girərsə bu proses Azərbaycanı da savaşa sürükləyə bilər.
İrandakı Türk Milli Hərəkatı İsrailin-Amerikanın müttəfiqi, oyuncağı olmamalıdır. İranı Türklər daxildən, təkamüllə, yumşaq güclə dəyişməlidir.

7. Kimlərsə inanır ki, İsraillə-İran savaşacaq və İran parçalanacaq, Azərbaycan fürsətdən istifadə edib Bütöv Azərbaycan quracaqdır. Lakin heç kəs hesablamır ki, İran Parçalandığı təqdirdə Güney Azərbaycanın sərhəddində, yanı başımızda bir kürdüstan-ikinci Ermənistan peyda olacaqdır, bu Kürdüstanla -Ermənistan strateji müttəfiq olub Güney Azərbaycanla torpaq savaşlarına başlayacaqlar. İrandakı Kürdüstan İraqdakı, Suriyadakı, Türkiyədəki kürdlərlə birləşib Türkiyəni də böldükdən sonra Türk irqinin Ərəb platosu ilə əlaqələri həmişəlik qırılacaqdır. Türk İrqinin orta doğudakı arealı-məkanı, torpağı və hövzəsi daralmaqdadır, daralacadır.

Diqqət edin. İranın, İraqın, Suriyanın, Türkiyənin bölünüb parçalanması gündəmdə olduğu bir dönəmdə Amerika və İsrail Azərbaycanımı birləşdirib bütövləşdirəcək? Bu nağıllara kim inanır?

Amerika və İsrail İraqda və Suriyada kürdüstan qurmağa cəhd edirlər, Türkiyəyə qarşı Suriyada 150 min pkk silahlı ordularını təlimatlandırırlar bəsləyirlər. Böyük Kürdüstan və Bütöv Azərbaycan projelərinin üst-üstə düşməsi, eyni zamanda, paralel kullanılması, eyni məqsədə xidmət etdirilməsi sizi düşündürmür?

Okumaya devam et  Güneyli fəal Tehranda həbs olunub

Bütöv Azərbaycan bir türk projesidir(mi?). Genel olaraq Türk Millətinin, irqinin maraqlarına və stratejinə xidmət etməlidir. Bütöv Azərbaycan Türk irqinin məkanca genişlənməsinə xidmət etməlidir və sınırları kəngər körfəzinə qədər uzanmalıdır, bu öz yerində. Amma Dərbənddən -Həmədana qədərki coğrafiyada Bütöv Azərbaycan qurmaq, türk Azərbaycanı Ərəb platosundan ayırmaq demək deyilmi?

Bəs niyə Bütöv Azərbsycan projesi məhz 2 dünya savaşı illərindən etibarən Kürdüstan projesi ilə eyni zamanda dövreye girir? Eyni məqsədə xidmət edir, niyə? Arxadakı gizli ağıl kimdir? Millətimiz haraya, nəyə sürüklənir?

Diqqət edin. Bölgəmiz, tariximiz, gələcəyimiz qanlı savaşlara sürüklənir. Bu savaşı durdurmalıyıq.

Önemli qeyd:

1. Azərbaycanda Bütöv Azərbaycan uğruna savaşan Əziz Əliyev, Mircəfər Bağırov, Ə.Elçibəy kimi şahıslar, böyük ədəbiyat yaradan Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov, Sabir Rüstəmxanlı kimi aydınlar, 50-ci illərdən üzü bəri yetişən, mücadilə verən böyük nəsillər vardır.

1988-dən bəri, SSRİ-nin parçalanması dönəmlərindən Azərbaycanda Bütöv Azərbaycan deyən ilk şahıslardan biriyim. 90 lı yıllarda Bütöv Azerbaycan Herekatı teşkilatını qurdum. Bütün Azerbaycan halkı Bütöv Azerbaycan deyir. Çünki Azerbaycan gerçekden parça parça edilmişdir. Fakat biz İsrailin, Amerikanın işine yarayan bir Bütöv Azerbaycan demirik. Doğu və batı türklüyünü birleştiren, doğuda Türküstan və batıda Anadolu, güneyde İraq ve Suriya türklüyünü birləştirən bir mərkəzi türk vatanı olacaq Bütöv Azərbaycan deyirik. Biz Qafqazı, İran Platosunu, Ərəb və Hind platosunu, Anadolu platosunu birləşdirən, bağlayan bir Turan Bütöv Azərbaycanından danışırıq. Bütöv Azərbaycan projesi bir türk projesidir. Amerikanı, Rusiyanı Orta Doğudan çıxarmağı hedef alan projedir. Bütöv Azərbaycan türk İranını fars egemenliyindən azad edən, İranı kalbinden deyiştiren bir projedir.

Bütün İran Azərbaycandır, türkdür. İçində farslar və digər azınlıqlar yaşayır.

Yenə önemli qeyd.

2. Bütöv Azerbaycan projesi sadece bir coğrafiya projesi deyildir, Türk milletinin genel menfeetlerinden ve çıkarlarından hereket eden, müdafie eden Türk Milli projesidir.

3. Bütöv Azerbaycan projesinin yeni ontoloji ve epistimoloji tarifine ehtiyac vardır.

a) Bütöv Azerbaycan projesinin ilk ontolojisini 41-50, 50-88 -ci illerde Stalin-SSRİ qurmuşdur. Məqsəd Rusiyanın İranın mərkəzinə qədərki bölgələrə yayılmasını və İrandakı İngilis nüfuz arealını kiçiltmək idi. İngilislər Panfarsizm, Paniranizm ideyalarını dəstəkləyir və farsları öz müttəfiqlərinə çevirmişdi. SSRİ isə Bütöv Azərbaycanı (türksüz Azərbaycan. Pişəvəri modeli), Azərbaycanın güneyinin müstəqilliyini dəstəkləyirək Azərbaycanlıları öz müttəfiqlərinə çevirməyə çalışırdı.Beləcə Rusiya və İngiltərənin 1907-ci ildən İranı iki nüfuz dairəsinə bölmə planları 100 il tıkır -tıkır işlədi. Bu İngiltərə və Rusiyanın 18-ci əsrdən bəri orta doğunu paylaşmaq üçün gəliştirdikləri “Böyük Oyun ” siyasətinin tərkib hissəsi idi.

b). Ə.Elçibəy liderliyində, BAB-də Azərbaycan aydınlarının hazırladığı proqram və məramnamə.

c) Təkrar edirəm. Bütöv Azərbaycan ideyasının yeni ontolojisi, epistimolojisi hazırlanmalıdır. Burada Türküstan(Türkmənistan), İraq-Kərkük, Türkiyə, Azərbaycan, eyni zamanda İranın təkcə Azərbaycan bölgəsində deyil, bütün bölgələrində yaşayan türklərin iştirakı və qatqısı olmalı, mənfəttləri nəzərə alınmalıdır. Bu Sadəcə Azərbaycan projesi yox, Türk projrsi olmalıdır. Unutmayaq. Millətlə torpaq, coğrafiya ayrılmaz bir bütündür. Stalinin yaratdığı, Azərbaycanda AMEA-nın teorize etdiyi coğrafiya millətçiliyi -Türksüz Bütöv Azərbaycan projesi yarımçıqdır, bizi bir yerə çıxarmaz.

d) Türküstan-İraq-İran-Suriya-Türkiyə-Azərbaycan türkləri ortaq hərəkət etməlidirlər. Ortaq strateji, ortaq platforma.

Okumaya devam et  Turan Rzayev: İran vaxtında düzgün qərar verməsə, çox şey itirəcək!

Amerika və İsrailin (farslar, ermənilər və kürdlərin qatqısı ilə) Böyük Orta Doğu (böyük İsrail-Kürdüstan) siyasətinin amacı Türkləri İraqdan, Suriyadan, Anadoludan və İrandan təmizləmək, silib atmaqdır.

İspaniyada Kurtuba ərəb dövlətini və bütünlükdə 2 milyon ərəbi İspaniyadan təmizləyən Rekonkista hərəkatını oxuyub müqayisələr aparsanız heyrətə gələcəksiniz.

Coğrafiyamızda Türklərə qarşı rekonkista siyasəti izlənir. Baburların, Qacarların, Osmanlının çöktürülməsi və paylaşəlması, coğrafiyamızda İran- fars, erməni, İsrail, günümüzdə kürd dövlətlərinin qurulması türklərə qarşı aparılan birər rekonkista prosesinin tərkib hissəsidir. Qurulan hər yeni dövlət antitürk siyasət izləyir və türkə düşməndir.

İran-Fars mollalarının fitvasına və təhriklərinə uyub İran -Azərbaycan müharibəsinin başlanmasına yol verməməliyik. Rusiyaya qarşı-Ukrayna, İrana qarşı-Azərbaycan, Türkiyəyə qarşı-Yunanıstan, Çinə qarşı-Tayvan müharibələrindən qazanan Batı bloku-Amerika olacaqdır. İrandakı Türklüyü gücləndirməliyik, İran daxildən evrimlə dəyişməlidir. Türk dövləti bərpa olunmalıdır.

Sayğılarımla.

Yasəmən Qaraqoyunlu. -BAKİ / TURKISHFORUM- ABDULLAH TÜRER YENER


Comments

“İsrail və Biz” için bir yanıt

  1. […] İsrail və Biz Türkiye – İsrail […]

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir