Millət vəkillərindən Rusiya sülhməramlılarına sərt etiraz

Millət vəkillərindən Rusiya sülhməramlılarına sərt etiraz. yeni müsavat / turkishforum - Abdullah Türer Yener - stalin lenin kizil meydan moskova rusya

Millət vəkillərindən Rusiya sülhməramlılarına sərt etiraz. yeni müsavat / turkishforum – Abdullah Türer Yener

abir Rüstəmxanlı: “Bəzi məsələlər var ki, onu udmaq olmaz – bir addım geri çəkilirsənsə…”
Ziyafət Əsgərov: “Bütün bunlar sülhməramlıların mandatına aid məsələ deyil”

Son günlər Rusiya sülhməramlılarının öz mandatından kənar çıxmaları ilə bağlı faktlar artır.

Bu gün TV Müsavatın efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Milli Məclisin komitə sədri, deputat Ziyafət Əsgərov və millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı bu mövzuya toxunub.

Musavat.com xəbər verir ki, S.Rüstəmxanlı Azərbaycanın Rusiyaya sayğısını itirmədiyini deyib. O, Bakıda bir çox yazıçıların adına küçə olduğunu, heykəllərinin ucaldıldığını xatırladıb. Sabir bəy daha sonra bu sualları səsləndirib: “Sülhməramlılarının məqsədi nədir? Bunu Azərbaycan hökuməti onlardan soruşmalıdır. Xocalıda bu heykəlləri qoyublar. Orda bizim qanımız tökülüb, soyqırım törədilib. Soyqırım törədilən yerdə bir xilaskar əsgərin və uşağın heykəlini qoymağın mənası nədir? Biz Rusiya ilə münasibətləri pozmamaq üçün bəzi şeylərdə səbrli hərəkət edirik. Amma bəzi məsələlər var ki, onu udmaq olmaz. Bir addım geri çəkilirsənsə, o biri addım da olacaq”.

S.Rüstəmxanlı eyni zamanda bildirib ki, əgər Rusiya sülhməramlıları tarixən hadisələrə hörmətlə yanaşırdılarsa, onlar Xocalıda Azərbaycan soyqırımına həsr olunmuş bir abidə qoyulmalı idi.

Z.Əsgərov da mövzu ilə bağlı danışarkən deyib ki, hər halda bu, sülhməramlıların mandatına aid məsələ deyil: “Bura Azərbaycanın ərazisidir. Burda nə baş verirsə, Azərbaycanın razılığı ilə olmalıdır”.

Okumaya devam et  Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib YENİLƏNİB-1

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir