Milli fəal Əmir Səttari saxlanılaraq Təbriz həbsxanasına köçürülüb

Okuma Süresi:

1–2 dakika
❤️

Təbrizdə yaşayan milli fəal Əmir Səttari yanvarın 17-də məhkəmə məmurları tərəfindən saxlanılaraq barəsində çıxarılmış həbs qərarının icrası üçün Təbriz zindanına aparılıb.

Əmir Səttari daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə günahkar bilinərək 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi .

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılmış, avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.(AZNEWS.TV)



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar