ONLARA BORCLUYUQ!

Okuma Süresi:

1–2 dakika
❤️

Ah Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, təkcə adını söyləmək üçün belə nə qədər töhmətlərə məruz qaldıq..”
(M. Əmin Rəsulzadə)

Sən bizimsən bizimsən durduqca bədəndə can,
Yaşa yaşa çox yaşa ey şanlı Azərbaycan!

Məhz bu şeirlə bitirdi, Cümhuriyyətimizin 35 illiyi münasibətilə o məşhur xitab. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə “ Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına, bu gün də sevərək, təkrar təkrar dinlədiyimiz unudulmaz müraciəti.. Ondan iki il sonra mart ayının 6-da gözlərini əbədi yumarkən də yenə üç kərə “Azərbaycan” deyəcəkdi Böyük Liderimiz. Necə ki, 1918-ci ildə də bu adı hər kəsdən daha ötkəm və cəsarətlə demiş və sonucda tarix səhifəsində Azərbaycan adlı Şərqin ilk Cümhuriyyətinin yaranmasına öz silahdaşları ilə imza atmışdılar.

Bəli, bu gün biz, Vətənin quzeyində bizə istiqlal dadızdıran həmin Cümhiriyyətin hüquqi varisi sayılan Azərbaycan Respublikasının vətəndaşları olaraq məhz 107 il öncə Qurucu babalarımızın bizə miras qoyduğu bu dəyərli irsə görə Onlara- Qururcu babalarımıza borcluyuq. Necə ki, zamanında Azərbaycan adlı bir dövlətin əsasını qoymasaydılar, bu gün Başqırdıstan, Çeçenistan, Kalmıkıya taleyi yaşaya biləcək bir muxtar qurumun subyektləri olmamız qaçınılmaz idi. Bəli, biz Azərbaycan vətəndaşlarıyıq. 1918 ci ildə millətləşmə fürsəti qazanan, lakin iki il sonra bu əvəzsiz nemətdən məhrum olan, ötən əsrin sonlarında da eyni taleyi təkrar yaşayan bir dövlətin vətəndaşları. Nə yaxşı ki, tarix 70 il sonra bizə yenidən müstəqil dövlət olma şansını qaytardı.

Rəsulzadə 1925-ci ildə İstanbulda çap olunan “İstiqlal məfkurəsi və gənclik” adlı əsərində yazırdı: “Rusiya idarəsindəki müslümanlara “Türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız Türk kəlməsi deyil, “Azərbaycan”adı da qazanılmışdır.”

Ölməz liderimiz və silahdaşları bizə yoxdan bir dövlət yaratmaqla, həm də millətimizin gerçək adını özünə qaytarmışdır. Elə isə sevilməyi, könüllərə hakim kəsilməyi də haqq edirlər.

Çünki bir millət olaraq varlığımızı məhz Onlara borcluyuq…
P.S. 28 may 1918-ci ildə Azərbaycan türkləri Müsəlman şərqində ilk Cümhuriyyət qurdular. Həmin tarix Azərbaycanda müstəqillik günü kimi qeyd edilir. Qutlu olsun!
09:54

RIFAT MURATLI – BAKÜ



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar