Dr. Çehrəqanlıdan Quzey Azərbaycanımıza təbrik məsajı

Okuma Süresi:

1–2 dakika
❤️

5/26

Dr. Mahmudəli Çehrəqanlıdan, 28 May “Respublika Günü” munasibətiylə Quzey Azərbaycanımıza təbrik məsajı:

Uca və böyük Azərbaycan Türk milləti,

Bugün, Azərbaycanımızın böyük hissəsi olan Güney Azərbaycanımız fars faşist molla rejiminin işğalı altındadır. Qarabağımızın işğalı isə ürəyimizə saplanan xəncərdir.

Farsın, rusun,və, erməninin ortaq çabalarına qarşı, bugün, Azərbaycanımızın quzeyini müstəqil dövlət olaraq görmək, gücünü hiss etmək, və duruşundan ilham almaq, böyük nemətdir. Unudmamaq gərək ki Quzey Azərbaycanımızın müstəqilliyi uğrunda çoxlu vətən övladı öz canından keçmiş, varlığını Azərbaycan yurduna qurban və armağan etmişdir.

Quzeyimizdə yaşayan 10 milyon Azərbaycanlı bacı və qardaşlarımız bunnan əmin olsunlar ki yanlarında 35 milyon Güney Azərbaycanlı soydaşları var.

Bu vasitəylə Quzey Azərbaycanımızın, öz vətənimizin, 28 May “Respublika Günü”nü təbrik deyirəm şərəf və qeyrət abidəsi və simgəsi olan Azərbaycan Türk millətimizə.

Quzeyli-güneyli, düşmən qarşısında sinəmizi irəli verəcəyik. Millətimizin iradəsi və gücü ilə işğal altında olan yurdlarımızı azad edəcək, bütöv Azərbaycanımızı ən qısa zamanda quracağıq.

Biz birik, birgəyik, və birlikdə güclüyük.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Gənəl Başqanı,

Mahmudəli Çehrəqanlı



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

  1. Aqil avatarı
    Aqil

    Biz də səninlə qürur duyuruq 50 milyonluq Azərbaycan türk millətinin böyük lideri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar