Güney Azərbaycanla bağlı doqmatik qruplar

Son illərdə İran-Güney Azərbaycan mövzusu ilə bağlı marijinal doqmatik qruplar formalaşıb. Güney Azərbaycan mövzusu qəsb olunub və Sovet-KKB -Avropa tarixçiliyinin oluşturduğu konsept əleyhinə, İngilis-Amerikan-İzrail strateji mərkəzlərinin oluşturduğu strateji əleyhinə bircə kəlmə fikir, tezis desən, coğrafiya mərkəzli tarix və strateji əvəzinə Türk Millət mərkəzli strateji ürətsən, hansısa bir fərqli fikir ürətsən, Türk mərkəzli tarix anlayışını və stratejisini oluşturmağa cəhd etsən həmin doqmatik "Azərbaycançılar" tökülürlər sənin üstünə, linc etmə kampaniyası başlanır, Səni Xain, Mollalara satılmış, Azərbaycanı satmış, MİT üzvü, Paniranist adlandırırlar. Yazıqlar olsun ki, belələrinin içində bilik səviyyəsi çox aşağı olan "doktor"lar var. - yaseminkarakoyunlu

Son illərdə İran-Güney Azərbaycan mövzusu ilə bağlı marijinal doqmatik qruplar formalaşıb. Güney Azərbaycan mövzusu qəsb olunub və Sovet-KKB -Avropa tarixçiliyinin oluşturduğu konsept əleyhinə, İngilis-Amerikan-İzrail strateji mərkəzlərinin oluşturduğu strateji əleyhinə bircə kəlmə fikir, tezis desən, coğrafiya mərkəzli tarix və strateji əvəzinə Türk Millət mərkəzli strateji ürətsən, hansısa bir fərqli fikir ürətsən, Türk mərkəzli tarix anlayışını və stratejisini oluşturmağa cəhd etsən həmin doqmatik “Azərbaycançılar” tökülürlər sənin üstünə, linc etmə kampaniyası başlanır, Səni Xain, Mollalara satılmış, Azərbaycanı satmış, MİT üzvü, Paniranist adlandırırlar. Yazıqlar olsun ki, belələrinin içində bilik səviyyəsi çox aşağı olan “doktor”lar var.

Güney Azərbaycan Milli Hərəkatı doqmaların və çığırqan fəalların, qrupların təkəlində can verir, ürətkən deyil, yaradıcı deyil, çevik deyil. Sovet KKB -sinin ürətdiyi coğrafiya mərkəzli savaşdır, Türk Millətinin maraqlarını, mənfəətlərini, stratejilərini əsas alan siyasi strateji və savaş tesevvürü ürətə bilmir. Fikir və strateji ürətmədə tıkanıklık var.

Nə edəcəyik?
Bu durumu dəyişəcəyik. Tabuları, doqmaları sındıracağıq. Həmişə olduğu kimi, zərbələri qarşılayacağıq, hücumları, lincetmələri gözə alıb, qarşılayıb meydana girəcəyik. Doqma pərdələrini qaldıracağıq. Fikri və düşüncəni dəyişəcəyik. Hər yeni fikir, sorğulama, tezis, tarix tesevvürlərimizi olğunlaştırır, milli stratejimizi derinləştirir, gələcəyimizi aydınladır.

Başlayaq.

Bütöv Azərbaycan davasının ontoloji əsaslarındakı yanlışlıqlar haqqında düşüncələr.

1. Azərbaycan Rusiya və İran arasında bölündü yalanı.

Hər zaman söylədim. SSRİ dövründə yazılmış uydurulmuş Azərbaycan tarixi antitürk tarixidir, səhvdir. Bizim alimlər yalan yazır.
Azərbaycan tarixçiləri yazır. Azərbaycan Türkmənçay müqaviləsi ilə Rusiya və İran arasında bölündü. Burada İran dövləti farslarla özdeşleştirilir və ötekileştirilir, Azərbaycanın ötekisi, yad, Azərbaycanı işğal edən işğalçı, başqa dövlət kimi təqdim edilir.
Əslində isə o dövrdəki İran Azərbaycanı işğal edən bir öteki, düşmən dövlət deyildi, bir türk dövləti idi. İran və Azərbaycan birlikdə Qacar türk imperatorluğunun bölgələri, əyalətləri idi.
Azərbaycan farslarla ruslar arasında bölünmədi, siyasətçilərimiz də bu gün tarixçilərin uydurduğu yalana istinad edərək danışırlar. Azərbaycan Rusiya və İran arasında bölündü deyirlər. İran dedikdə isə farsları nəzərdə tuturlar.
Bəs Gerçək tarix necə idi. Bu günkü İran da, Azərbaycan da, bütövlükdə Qafqaz da Qacar türk imperatorluğunun tərkibində idi. Rusiya Qacar imperatorluğuna və Osmanlı imperatorluğuna savaş açmışdı. Bu savaş əsnasında Rusiya 1812-1828
Gülüstan və Türkmənçay müqavilələri ilə Cənubi Qafqazı Qacarlardan, 1877-ci illərdə də Cənub -qərbi Qafqazı və ya Şərqi Anadolunu Osmanlıdan qopararaq işğal etmişdi. Bu geniş anlamda türk-rus müharibələri idi. Tarix ədəbiyyatlarında isə Qacar-Rus müharibələri İran-Rus, Osmanlı-Rus müharibələri Türk-Rus müharibələri adlandırılır. Əslində isə hər iki müharibə də Rus-Türk müharibələridir.
Türkmənçay və Gülüstan müqavilələri türk imperatorluğu olan Qacar dövləti ilə Rus imperatorluğu arasında bağlanmışdır. O tarixlərdə Farslar İran Tarix səhnəsində yox idi. Azərbaycan Farslarla -Ruslar arasında bölünməyib. O çağlarda Azərbaycan da, İran da Qacar türk imperatorluğunun tərkibində idi. Farslar və ruslar heç vaxt müharibə etməmişlər, savaşan tərəflər türklər və ruslar idi.
Azərbaycan Qacar Türk dövləti ilə Rusiya arasında bölündü yazmalıyıq.

2. İran dövləti Fars dövlətidir, İran tarixi fars tarixidir yalanı.

Günümüzdə Batı tarixçiliyinin təsiri ilə İran Farsla özdeşleştirilir. İran dövləti, İran tarixi, İran mədəniyyəti dedikdə farslar nəzərdə tutulur. İran coğrafiyasında Fars dövlətçiliyinə, Sasanlı imperatorluğuna bizim eranın 7 -ci əsrində xəlifə hz. Ömər tərəfindən son verilmişdir. O çağlardan 1925- ci illərə qədər farslar İran siyasi tarixində rol oynamamışlar və İran və Azərbaycan coğrafiyalarında qurulan dövlətlər Türk dövlətləri olmuşlar. Farsları tarixdə şişirdib İran qavramı ilə özdeşleştirməyin. Mədəniyyət təsəvvürlərində İran -fars mədəniyyətini, Turan -türk mədəniyyətini təmsil edir. Lakin siyasi tarixçilikdə, dövlətlər və imperatorluqlar tarixində proses fərqli inkişaf etmişdir. İran platosunda qurulan türk umperatorluqları Türk-Turan mədəniyyətini təmsil etmişlər, İran Turanın içində, alt kimlik kimi, Turanın bir parçası, hissəsi kimi inkişaf etmişdir. Çox zaman da Turan tərəfdən də, İran tərəfdən də(coğrafi anlamda) savaşan tərəflərin ikisi də türk olmuşlar. O üzdən İran qavramını Farsla özdeşleştirib Farsları şişirtməyin. Bunu İngilislər, Batılılar yapdı siz yazmayın.

1500 ildən çoxdur ki, coğrafi-mədəni-siyasi anlamda İran da türkdür-Turan da türkdür. İran platosunda türklər hakim olmuşdur.

Gazneliler 231 yıl
Selçuklular 165 yıl
Harzemliler 221 yıl
İlhanlılar 90 yıl
Timurlular 136 yıl
Celayerliler 97 yıl
Çobanlılar 22 yıl
Ağ Koyunlular 130 yıl
Kara koyunlular 91 yıl
Sefeviler 231 yıl
Afşarlar 60 yıl
Kaçarlar 140 yıl
Toplam 1614 yıl kesintisiz olaraq Türkler İranda türk dövlətləri və Turan mədəniyyəti qurmuşlar.
Son 100 ildə (iran) adlanan Coğrafiyada İngilislər fars dövləti və hakimiyyəti qurmuşlar. Məhz buna görə də İran platosundakı türk dövlətçilik tarixinin bu yüz ildəki qırılma çağı qapadılmalı, Türk dövlətçiliyi bərpa olunmalıdır. İran türkdür, Tehran türkdür, Təbriz türkdür, Qum türkdür, 1500 ildir ki, farslar, giləklər, kürdlər, talışlar, mazandaranlılar, təbəristanlılar, larlar, lorlar, bəxtiyarilər, bəlluclar, ərəblər Xəzərdən-Kəngər körfəzinə qədərki bu Türk dövləti ərazisində yaşamışlar və Türk dövlətlərinin, xanədanlarının idarə etdiyi xalqlar olmuşlar.

3.Qacar dövlətini Azərbaycan tarixçiliyindən qoparıb İran tarixçiliyinə aid etməklə yaradılan Azərbaycan tarixi yalanı

Günümüzdə Saxta bir Güney Azərbaycan tarixi uydurulmuşdur. Bu uydurma tarix 1905-7 -ci ildə Qacar impetatorluğunda aparılmış Məşrutə inqilabından-Səttarxan hərəkatından başlanır, Azadistan -Xiyabani, Pişəvəri-Güney Azərbaycan Firqə höküməti ilə davam etdirilir. Bu zaman Qacarlar ötekileştirilib İran adlandırılır, Səttarxan Azərbaycan adlandırılır. Belə tarix, belə yalan olmaz. Qacarlar İran platosunda davam edən Türk dövlətçilik silsiləsinin davamı, bir hissəsi, dönəmidir. Qacarlar Oğuzun Qavanlı oymağıdır, Qacarlarla -Azərbaycan türkünü ayırmaq olmaz. Türkiyə Cümhuriyyəti Osmanlının, Azərbaycan Xalq Cümhuriyyəti isə Qacar Türk dövlətinin Qafqaz Azərbaycanındakı davamı, varisidir. XIX-XX əsr Azərbaycan tarixi Səlçuklu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Avşar, Qacar türk dövlət tarixinin davamıdır.

Azərbaycan və İran türk tarixi, mədəniyyəti, dili ayrılmazdır, bütövdür. Turanın mərkəzi gücüdür.
Tarixçilikdə, elmdə və siyasi stratejidə Azərbaycan və İran türklərinin vahid elmi-ontoloji, strateji siyasi platforması yaradılmalıdır. Tariximizə, coğrafiyamıza, keçmişimizə, gələcəyimizə yenidən baxmalıyıq. Bizi ayıran deyil, bizi birləşdirən platformalar, ontolojilər hazırlamalıyıq.
Əlbəttə ki, Türküstan türkləri(şərq türkləri)-İran, Azərbaycan, İraq, Suriya türkləri(mərkəz türkləri), Türkiyə, Trakiya, Kipr türkləri(qərb türkləri) TDT -da birləşmişlər. Lakin həm də mütləq şəkildə ilk öncə İran-Türkiyə-Azərbaycan-İraq-Suriya türkləri birlik qurmalıdırlar.

Coğrafiyamızı Türk platforması ilə yenidən inşa edəcəyik.
Tariximizi, stratejimizi doğrular üzerinde inşa edəcəyik. Yalnız Doğruları yazmaqla doğru yol bulunur.

Yasəmən Qaraqoyunlu.-BAKİ / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Azərbaycan Ağsaqqallar Şurasının nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir