Şərqi Azərbaycan valisi Ermənistana səfərinin hədəflərinin açıqlayıb

Şərqi Azərbaycan valisi Ermənistana səfəri özəl sektorun ixracını asanlaşdırmaq, kommunikasiya və tranzit infrastrukturunu tamamlamaq və Ermənistandan Avrasiya İqtisadi birliyinə giriş qapısı kimi istifadə məqsədilə həyata keçirildiyini açıqlayıb. - rqi z rbaycan valisi rm nistana s f rinin h d fl rinin a qlay b 0 1662351406 780x470 1

Zeynəlabdin Rəzəvi Xurrəm Ermənistana etdiyi 3 günlük səfərin nəticələri və hədəfləri ilə bağlı mətbuat kpnfransı keçirib.

Şərqi Azərbaycan valisi Ermənistana səfəri özəl sektorun ixracını asanlaşdırmaq, kommunikasiya və tranzit infrastrukturunu tamamlamaq və Ermənistandan Avrasiya İqtisadi birliyinə giriş qapısı kimi istifadə məqsədilə həyata keçirildiyini açıqlayıb.

O, səfəri İbrahim Rəisi hökumətinin qonşu ölkələrlə münasibətlərin və əlaqələrin genişləndirlməsi siyasəti çərçivəsində edildiyini deyib.

“Bu səfərdə Universitet rəsmiləri ilə də görüşlər oldu və Ermənistanın sənaye şəhərləri texnologiya sektoruna və biliyə əsaslanan şirkətlərə sərmayə qoymağa hazır olduqlarını bəyan etdilər”-deyə, Zeynəlabdin Rəzəvi Xurrəm bildirib.

Bu səfərin Ermənistanla münasibətləri dahada yaxşılaşdırmaq və əlaqələri genişləndirmək üçün həyata keçirildiyini deyən vali bu ölkənin Qafan şəhərində İran konsulluğunun açılacağını qeyd edib.

Bununla yanaşı səfərlərin nəticəsində Təbrizdə Ermənistan konsulluğunun və Təbriz Universitetində ermənişünaslıq kafedrasının açılacağı da qərara alınıb.

Ermənişünaslıq kafedrasının açılacağı ilə bağlı İrəvan Dövlət Universitetinin rektoru Ovanes Ovanesyan təbrizli həmkarı Səfər Nəsrullazadə ilə görüşdən sonra öz Facebook səhifəsində məlumat verib.

Öz növbəsində, İrəvan Dövlət Universiteti də İranşünaslıq kafedrası yanında Atropatena (Güney Azərbaycan) Mərkəzi yaratmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm sentyabrın 1-i səhər saatlarında əyalətin iqtisadi və ticarət fəallarından ibarət nümayəndə heyətinin müşayiəti ilə Ermənistana səfər edib.(https://www.aznews.tv/s%c9%99rqi-az%c9%99rbaycan-valisi-erm%c9%99nistana-s%c9%99f%c9%99rinin-h%c9%99d%c9%99fl%c9%99rinin-aciqlayib/)

Okumaya devam et  Milli fəal Behnam Zareyi ETTELAAT təcridxanasından zindanına köçürülüb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir