Milli fəal Behnam Zareyi ETTELAAT təcridxanasından zindanına köçürülüb

Bu barədə milli fəalın yaxınları məlumat verib. - illi f al t cridxanadan h r zindan na k r l b 0 1659414880 780x470 1

İyulun 9-da Vərziğanın Köhnəli kəndində həbs edilən Behnam Zareyi Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin təcridxanasından Əhər zindanına köçürülüb.

Bu barədə milli fəalın yaxınları məlumat verib.

Onlar bu barədə Vərziğan şəhərinin Ümumi və İnqilab Prokurorluğuna müraciət etdikdən sonra xəbərdar olublar.

Prokuror Zareinin ailəsinə onun cinayət işinin ETTELAAT-da olduğunu və barəsində araşdırmaların davam etdiyini söyləyib.

Bununla yanaşı prokuror Əsgər Məhəmmədinin milli fəal Behnam Zareinin vəkili kimi onu müdafiə etməsi barədə təklifi rədd edib.

Bu günə kimi Zareinin nədə ittiham olunduğu barədə heç bir açıqlama verilməyib və o qeyri-müəyyən vəziyyətdə saxlanılır.

3 həftədən çoxdur həbs edilən milli fəalın ailəsi ilə görüşünə və telefon əlaqəsinə icazə verilmir.aznews.tv

Okumaya devam et  Qalib lider

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir