Əyyub və Davud Şiri qardaşları müvəqqəti azadlığa buraxılıb

Mayın 19-da saxlanılan qardaşlar dindirildikdən sonra mayın 31-i, yerli vaxtla saat 21:30-da Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki bölməsinin təcridxanasında Təbriz zindanına köçürülmüşdülər. - illi f allar m v qq ti azadl a burax ld lar 0 1654192783

İyunun 2-i günorta saatlarında milli fəallar Əyyub və Davud Şiri qardaşları hər biri 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.

Mayın 19-da saxlanılan qardaşlar dindirildikdən sonra mayın 31-i, yerli vaxtla saat 21:30-da Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki bölməsinin təcridxanasında Təbriz zindanına köçürülmüşdülər.

Təcridxanada saxlanıldıqları vaxtdan bu günə kimi fəalların nədə ittiham olunduqları barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılıblar.

Bundan öncə Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.

Okumaya devam et  İranda müəllimlərin kütləvi etiraz aksiyası keçirilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir