İranda müəllimlərin kütləvi etiraz aksiyası keçirilib

İran Müəllimlər Birliyinin çağırışı əsasında mayın 1-də Təbriz və Ərdəbil şəhərləri başda olmaqla Güney Azərbaycan və İranın əksər şəhərlərində müəllimlərin ömümölkə etiraz aksiyaları keçirilib. - randa i il rin mum lk etiraz aksiyas ke irilib 0 1651467286

İran Müəllimlər Birliyinin çağırışı əsasında mayın 1-də Təbriz və Ərdəbil şəhərləri başda olmaqla Güney Azərbaycan və İranın əksər şəhərlərində müəllimlərin ömümölkə etiraz aksiyaları keçirilib.

Aksiyada maaşların bərabərləşdirilməsi, pulsuz təhsil və həbsdə olan müəllimlərin azad edilməsi tələb edilib.

Verilən məlumatlara görə, etiraz aksiyaları zamanı çox sayda müəllim həbs olunub və naməlum yerə aparılıblar.

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Müəllimlər Birliyinin üzvü və ictimai fəal Əli Hacı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Qeyd edək ki, mitinqdən bir gün öncə təhlükəsizlik məmurları İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi və Tehranın İslamşəhr bölgəsinin Təhsil İşçiləri Dərnəyinin fəal üzvlərindən biri müəllim və ictimai fəal Rəsul Budağının şəxsi mənzillərinə  basqın edərək onları həbs edib və özləri ilə aparıblar.

Okumaya devam et  Xomeynizmin mənfi fəsadları

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir