Ərdəbilin 700 kəndində su böhranı yaşanır

O, hazırda Ərdəbil əyalətində mövcud 402 milyon kubmetrlik su anbarlarında yalnız 140 milyon su olduğunu, ümumilikdə ötən ilin oxşar dövrü ilə müqayisədə su ehtiyatlarının 13 faiz azaldığını söyləyib. - rd bild y zl rl k ndd su at mazl b hran ya an r 0 1649226872

Ərdəbil əyalətinin 700 kəndində su böhranı yaşanır. Bu barədə əyalətin Regional Su Şirkətinin başçısı Əli Heydəri açıqlama verib.

O, hazırda Ərdəbil əyalətində mövcud 402 milyon kubmetrlik su anbarlarında yalnız 140 milyon su olduğunu, ümumilikdə ötən ilin oxşar dövrü ilə müqayisədə su ehtiyatlarının 13 faiz azaldığını söyləyib.

Heydəri son illər quraqlıq nəticəsində baş verən problemlərin cari ildəki yağıntılar səbəbindən bir az azalmasına baxmayaraq hələdə bu sahədə ciddi böhran hakim olduğunu qeyd edib.

Hazırda əyalətin 700 kəndinin susuzluqdan əziyyət çəkdiyini deyən başçı, əjalinin suya olan ehtiyacının səyyar su tankerləri ilə təmin edildiyini bildirib.

Ötən ay Muğanın Biləsvar şəhərinin Şəhər Şurasının Ərdəbil əyalətinin Ali Şurasındakı nümayəndəsi Məqsud Vəlizadə də, oxşar problemlə bağlı açıqlama verib və su çatışmazlığının bölgəyə mənfi təsirlərindən danışıb.

Okumaya devam et  Onlar xalqımızın fəxridir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir