İran kinosunun qadın simaları cinsi şantaja və zorakılığa etiraz ediblər

“Aznews tv”xəbər verir ki, bəyanatda deyilir: “Biz iş yerində hər hansı zorakılıq, təqib və cinsi təcavüzü pisləyirik və onu dayandırmaq üçün qanunu pozanların ciddi cəzalandırılmasına çağırırıq”. - msg 1181644289 6134

 

İslam Cümhuriyyəti sinemasının qadın üzvləri bəyanat yayaraq İran kinosunda qadınlara qarşı geniş yayılmış və sistematik zorakılığa, habelə cinsi bərabərsizliyə etirazlarını bildiriblər.

“Aznews tv”xəbər verir ki, bəyanatda deyilir: “Biz iş yerində hər hansı zorakılıq, təqib və cinsi təcavüzü pisləyirik və onu dayandırmaq üçün qanunu pozanların ciddi cəzalandırılmasına çağırırıq”.

170 qadın tərəfindən imzalanan bəyanatda habelə qeyd olunub: “Son aylarda qadınların cinsi zorakılığa qarşı bir hərəkat olaraq göstərdikləri səylər çərçivəsində sinema mühitində qadınların təcavüz və istismar olunması ilə bağlı məsələlər qaldırılıb”.

Sonda bəyanatda əlavə edilib ki, İran kinosunda güc və şöhrət sahibləri öz mövqelərindən qadınlara qarşı təhdid, təhqir və təcavüz üçün istifadə edirlər.

Okumaya devam et  Qalib lider

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir