Qalib lider

Qalib lider - Yasəmən MUSAYEVA, -BAKÜ/ TURKISHFORUM - ABDULLAH TÜRER YENER - aliyev azerbaycanzafergunu

Qalib lider – Yasəmən MUSAYEVA, -BAKÜ/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

lham Əliyevin Zəfəri türkdilli dövlətlərin birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verib

“…Bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir…”

Bəli, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə 30 ilə yaxın davam edən işğala “dəmir yumruq”la bir həmlədə son qoyması, bu qətiyyətli zərbəsi ilə 100 ildir ki, xarici məkrli qüvvələr tərəfindən türk dünyası arasına zorla pərçim edilmiş süni “erməni səddi”ni darmadağın etməsi səbəbindən layiq görülüb. İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi parlaq Zəfərlə həm də tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa etdi. Azərbaycan Prezidentinin qətiyyəti, əzmi, siyasi iradəsi ilə qazanılan bu şanlı qələbə türk birliyinin daha da güclənməsi üçün yeni yollar açan möhtəşəm tarix kimi türk dünyasının salnamələrinə qızıl hərflərlə yazıldı.

Bu qələbənin reallıqları türk coğrafiyasını daha da sıx birləşdirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordenini əbədi türk birliyinin yeni və möhkəm təməllərini atan İlham Əliyevə təqdim edərkən Müzəffər Ali Baş Komandan deyə müraciət edərək söylədi ki, “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da işğalçı Ermənistanın kapitulyasiya aktı imzalaması ilə başa çatan 44 günlük Vətən müharibəmiz Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi, eyni zamanda türk dünyasının birliyini və bərabərliyini genişləndirməsi baxımından həqiqətən müstəsna əhəmiyyətə malik oldu.

Xüsusilə də regional mənada nəqliyyat və logistika sahəsində bütün bölgə üçün yeni imkanlar yaradacaq və Naxçıvanı doğma Azərbaycanla birbaşa əlaqələndirəcək Zəngəzur dəhlizi həm də türk dünyasını bir-birinə bağlayacaq möhtəşəm layihə oldu. Bu məsələ ilə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə İlham Əliyev söyləmişdi ki, bu, bizi Avropaya bağlayan koridor olacaq: “Zəngəzur koridoru ilə bağlı Naxçıvan zirvəsində açılış nitqi demişdim. O zaman demişdim ki, 1920-ci ildə sovet rəsmiləri Azərbaycanı parçalamış, Zəngəzurun bir hissəsini Ermənistana vermiş və bu şəkildə türk dünyasını bölmüşdülər. Bu gün türk dünyası coğrafiyasını nəqliyyat və logistika layihələri sayəsində təkrar birləşdiririk. Bu coğrafiya artıq bu gün parçalanmış halından təkrar birləşdirilmiş halına qayıdır”.



Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritetlərindəndir



Hələ 2019-cu ildə Bakıda keçirilmiş Türk Şurasının VII Zirvə Görüşündə də Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.

Türk Şurasına sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi, dərinləşməsi istiqamətində təşəbbüslərlə çıxış etdi. Azərbaycanın sədrliyinin dünyanı çənginə alan COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il aprelin 10-da isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu.



Bütün türk dünyasının sevinci



İlham Əliyevin səyləri nəticəsində bu gün ən yüksək əməkdaşlıq zirvəsinə qalxan türk birliyinin vacibliyi və əhəmiyyəti Vətən müharibəmiz dövründə bir daha özünü təsdiq etdi. Həmçinin bu gün dünyada baş verən qlobal siyasi proseslər müstəvisində də bütün güclər qarşısına türkün güclü birliyi ilə çıxmaq dövlətlərimizə əlavə qüvvət verir.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin başçılarının Türk Dünyasının Ali Ordeninin Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi ilə bağlı qərarları da məhz bu ümumi mənafelərə xidmət edən reallıqlar nəzərə alınaraq qəbul edilib.

Türk dünyasının birlik arzusunu siyasi qətiyyəti ilə gerçəkləşdirən Prezident İlham Əliyevin əzmi sayəsində qazanılan Zəfər türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.

44 günlük müharibə günlərində və ondan sonra ötən müddət ərzində daim türkdilli dövlətlərin xalqları Azərbaycan xalqına yüksək dəstəklərini nümayiş etdiriblər. Azərbaycanın əldə etdiyi şanlı qələbəni öz zəfərləri kimi dəyərləndirən qardaş xalqların nümayəndələri milli qürur, milli güvən, milli birlik hissi yaşayıblar. Qarabağın, Şuşanın azadlığının simvolu olan “Xarıbülbül” bütün türk dünyası üçün Zəfər müjdəçisi sayılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın tarixi ərazilərini işğaldan azad etməsi təkcə türk birliyinə və qardaş türk xalqlarına deyil, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına da yol açıb.

Türk Dünyasının Ali Ordeni Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, beynəlxalq miqyasda, həmçinin türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna göstərilən etimadın əyani təcəssümüdür.

Bütün bu ali dəyərlərə və türk dünyasının birliyi və güclü olması üçün göstərdiyi misilsiz xidmətlərə görə yüksək mükafatla təltif olunan İlham Əliyev isə öz növbəsində təşəkkür edərək bildirir ki, mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır…



Yasəmən MUSAYEVA,

Okumaya devam et  Lvov şəhərinə 5 raket zərbəsi endirilib, mülki obyektlərə ziyan dəyib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir