Xocalı soyqırımının (26 fevral 1992) ildönümü ərəfəsində gürcü bloqçusu erməni generalı “Levan Minasyan” ilə müsahibə yayımlayıb. Müsahibə zamanı generalın dedikləri Xocalıda törədilən dəhşətli cinayətləri bir daha ortaya qoyub.
Müsahibə zamanı gürcü bloqçu Minasyandan soruşur: “Xocalıda iştirak etmisiniz?”
Erməni generalı isə qürurla cavab verir: “Xocalı mənim əsərimdir. Çoxlu Azərbaycan türkünü qətlə yetirdim, hətta neçə nəfəri öldürdüyümü xatırlamıram.”
Xocalı soyqırımı müasir tariximizin ən faciəli hadisələrindən biridir. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum edərək yüzlərlə dinc azərbaycanlını, o cümlədən qadınları, uşaqları və yaşlıları amansızcasına qətlə yetirdi. Üç onillikdən çox vaxt keçməsinə baxmayaraq, bu vəhşilik hələ də beynəlxalq səviyyədə soyqırımı kimi tanınmayıb və cinayətkarlar layiqli cəzalarını almayıblar.
Bu etirafların yayılması ermənilərin Qarabağda törətdiyi müharibə cinayətlərini bir daha xatırladır və ədalətin bərqərar olunması, cinayətkarların məhkəmə qarşısına çıxarılmasının vacibliyini vurğulayır.
#Xocalı_Soyqırımı
HABİB YAKAMOZ




Bir yanıt yazın