Ərdəbil və Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib

Okuma Süresi:

1–2 dakika
❤️

Martın 13-də təqaüdçülər yeni ildə 7-ci dəfə olaraq etiraz aksiyasına əl atıblar.

Martın 13-də Güney Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərində təqaüdçülər yeni ildə 7-ci dəfə olaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar hər iki şəhərdə Sosial Təminat İdarəsinin binaları qarşısına toplaşaraq maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib.

Yaşayış şəraitlərinin günü-gündən çətinləşdiyini bildirən narazılar təqaüdlərin artırılmasını tələb edib.

Qeyd edək ki, bu azərbaycanlı təqaüdçülərin son iki ay yarımda sayca 7-ci etiraz aksiyalarıdır və onlar istəklərinin yerinə yetirilmədiyi müddətcə həftəlik aksiyalarını davam etdirəcəklərini bildiriblər.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar