Azərbaycan hərbçiləri Laçın yollarını bağladılar! Xain terror aktına açıq cavab!

Okuma Süresi:

1–2 dakika
❤️

Azərbaycan hərbçiləri Laçın yollarını bağladılar! Xain terror aktına açıq cavab!-Müsavat/turkishforum – Abdullah Türer yener

Qarabağda Konstitusiya qaydasının saxlanılması vəzifələrini həyata keçirən Azərbaycan hərbçiləri noyabrın 13-də Laçın yolunda erməni sürücü tərəfindən olan terror aktına cavab olaraq Laçın yolunu bağladılar.

News.am saytın xəbərinə görə, Ermənistan tərəfi Rusiya sülhməramlıları ilə vasitəçiliyi ilə yolun açılması məqsədi ilə danışıqlar aparır.

Öncə xəbər verdiyimiz kimi, bu gün səhər Şuşa şəhəri yaxınlığında Azərbaycan postu hücuma məruz qalıb. Silahlı erməni Azərbaycan hərbçilərinə qumbara atıb, onlardan biri yaralanıb.

Terror aktını törədən ərməni Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Erməni KİV-in məlumatına görə, separatçı rejim azərbaycanlı hərbçilərə hücum faktını təsdiqləyib.

Sputnik-Ermənistan hadisənin yanlış versiyasını yayıb. Bu versiyaya görə, azərbaycanlı hərbçilərin təxribatına cavab olaraq adam azərbaycanlıların blokpostuna qumbara atıb. “Bu məqamda düşmən orada olan erməni maşınlarına qarşı nizamsız atəş açıb”, – deyə məlumatda bildirilir. Amma Rusiya sülhməramlılarının videosunda görünür ki, vəziyyət blokpostlarda sakit idi. Hətta Azərbaycan hərbçiləri terrorçuya qarşı cavab atəşi açmayıblar.



Facebook Twitter Whatsapp

Yazıda kullanılan alıntı, kaynak, yapay zeka gibi teknolojiler, yazının sahibinin belirttiği şekilde okuyucuya duyurulur ve yazıların sorumluluğu yazının sahibine aittir.

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yazıları posta kutunda oku

son yazılar