Ailəmiz Türk Dövlətləri Təşkilatının yeni hədəfi Bakıda elan edildi…

Beşiktaş stadı, Bakü, Azerbaycan

Faiq Ələkbərli: “TDT-nin perspektivi Azərbaycanın perspektividir, inkişafıdır”

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Prezident deyib ki, ailəmiz türk dövlətləri təşkilatıdır, bizim üçün başqa ailə yoxdur, TDT qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir.

Bizim üçün ailə olaraq TDT niyə Prezident tərəfindən alternativsiz, yeganə sayıldı?

“Tarixdən gələn türk birliyi, Turan anlayışı var ki, biz onu XXI əsrdə yenidən ortaya qoyacağıq”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 7 fevral növbədənkənar Prezient seçkilərinin nəticəsi olaraq yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimində TDT barədə, türk dünyası ilə bağlı dedikləri təbiidir. “Çünki tarixən, minillər boyu Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan türkləri nəinki türk dünyasının bir parçası, hətta mərkəzi, əsas hissəsi olub. Bu baxımdan Azərbaycan demək türk dünyası, türk dünyası demək isə onun mərkəzi Azərbaycan deməkdir. Bu bölgədə ən azı 6-7 min illik bəlli bir tarixdə onlarla türk dövləti mövcud olub, müasir Azərbaycan Respublikası da həmin türk dövlətlərinin davamıdır. Bu baxımdan Azərbaycan türk dünyasının, Turanın daimi mərkəzi olub, olmaqda da davam edir.

Prezident Əliyev bu anlamda çox düzgün təsbitlərdə bulunaraq, düzgün nəticələrə əsaslanaraq məhz Azərbaycanın türk dünyası ailəsinə aid olduğunu vurğulayıb. İlham Əliyev bir daha dünyaya mesaj verdi ki, Azərbaycanın ailəsi türk dünyasıdır, bu ailə güclü, yenilməz və etibarlıdır. Bu bəyanat həm də türk birliyinin gücünün, qüdrətinin ifadəsidir. İlham Əliyev Azərbaycanı nəinki türk dünyasının bir parçası, elə ailəsi olaraq qəbul edir. Doğrudan da Türk Dğvlətləri Təşkilatında da əsas aparıcı rolu Azərbaycan, Türkiyə oynamaqdadır. Əlbəttə, eyni zamanda Türküstandakı türk dövlətləri də buraya aiddir. Başqa dövlətlərin tərkibində yarımüstəqil, muxtar şəkildə olan türk xalqları da məhz türk dünyasına aiddir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan üçün TDT-nın alterntivi yoxdur və olmayacaq da. Çünki bu ailəni biz özümüz qurmuşuq, bu bizim özümüzə məxsusdur.

Dünyada bir çox təşkilatlar var, biz onların üzvü olsaq da, onlar bizim ailəmiz deyillər. Azərbaycan məhz kök, soy. türklük baxımından türk dünyasına aiddir. TDT də bizim üçün son dərəcə əhəmiyyətlidir və gələcəkdə dünyada çox mühüm rolu TDT oynayacaq. Artıq biz ona doğru gedirik. Bu baxımdan TDT-nin perspektivi Azərbaycanın perspektividir, inkişafıdır. Eləcə də Türkiyənin və Qazaxısatnın, Qırğızıstanın, Özbəkistanın və digət türk dövlətlərinin uğurudur”-deyə F.Ələkbərli vurğuladı. Müsahibimiz bildirdi ki, türk dünyası anlayışı məhdud anlamda deyil, geniş anlamda qəbul edilməlidir. Türk dünyasının özəyini Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cumhuriyyəti təşkil edir. O qeyd etdi ki, burada Macarıstan da var və bu daha da genişlənəcək. “Bu anlamda TDT daha da inkişaf edəcək və nəhəng bir gücə çevriləcək. Burada Azərbaycan Respublikası ilə yanaşı Azərbaycanın güneyinin də mühüm rol oynayacağına şübhə etmirik. Tarixdən gələn türk birliyi, Turan anlayışı var ki, biz onu XXI əsrdə yenidən ortaya qoyacağıq. Prezident İlham Əliyev də həm keçmiş türk tarixinə, mədəniyyətinə, fəlsəfəsinə, türk dövlətçilik ənənələrinə və digər amillərə əsaslanaraq TDT-nı ailəmiz adlandırır. Hesab edirik ki, bizim dünyada yeni bir gücə çevrilməyimiz, yenidən əvvəlki gücümüzü bərpa etməyimiz qaçılmazdır. Bunu 100-150 il əvvəl Həsən bəy Zərdabilər, Hüseyn Cavidlər, Əhməd Cavadlar, Əli bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr, Əhməd bəy Ağaoğlular, Seyid Cəfər Pişəvərilər, Mirzə Tağı xan Rəfətlər, bir çox böyük ictimai və dövlət xadimləri, mütəfəkkirlər deyib. Biz də bu yolu davam etdiririk. TDT öz ailəmiz olduğu üçün onu inkişaf etdirmək, böyütmək və dünayanın ən güclü birliyinə, ailəsinə çevirmək də bizim çiynimizə düşür. Dövlət başçısının da ifadə etdikləri bu idi ki, bizim yolumuz türk birliyidir, türk dünyasıdır, Turana doğrudur, TDT də hərbi-siyasi, iqtisadi, mənəvi, mədəni anlamda əsas rolu oynayacaq. Yəni bunun alternativi yoxdur. Biz başqa təşkilatlarla əməkdaşlıq edə bilərik, amma bu bizim özümüzündür. Ona görə də ilk növbədə özümüzü gücləndirməli, inkişaf etdirməli, dünyada əsas gücə çevirməliyik, ailəmizi də qorumalıyıq. Çünki ailəmiz bizi daim ayaq üstə tutacaq və daim irəliyə doğru aparacaq”-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA -Bakü / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  İranda Türkiyəyə məxsus yük maşını “yağmalandı”

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir