Güney Azerbaycanlı Aktivistlerin Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’e Karabağ Savaşı ile İlgili Açık Mektubu

Güney Azerbaycanlı Aktivistlerin Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’e Karabağ Savaşı ile İlgili Açık MektubuCənab Prezident! - mehribanilhamaliyev
,

Güney Azerbaycanlı Aktivistlerin Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’e Karabağ Savaşı ile İlgili Açık Mektubu
Cənab Prezident!

Şübhə yoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu işğalın günümüzə qədər davam etməsi, hər bir Azərbaycan vətəndaşı kimi Güney Azərbaycan Türklərini də dərindən üzməkdədir.Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünən vətənimizin yaraları tam sarılmamışkən, torpaqlarımızın gözlərimizin önündə parçalanması, məsum insanlarımızın acımasız şəkildə öldürülməsi, soydaşlarımızın evini-yurdunu tərk edib, didərgin düşməsi və vətənimizi qoruyan igid əsgərlərimizin şəhid edilməsi qarşısında səssiz qalmaq imkansızdır.

30 ilə yaxındır Azərbaycan torpaqlarının yüzde 20-sini işğal edən Ermənistanın son aylarda da atəşkəs rejimini dəfələrlə pozaraq, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması və cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri qəsdən və planlı bir şəkildə hədəf alması, bu dövlətin; təxribatçı, işğalçı və təcavüzçü siyasətlərini davam etdirdiyinin ən bariz nümunələridir.

Bütün bu cinayətlər və qeyri-insani hadisələr baş verirkən, İran dövlətinin yanacaqdan tutmuş silaha qədər Ermənistana hər cür dəstəyi təmin etməsi, Ermənistan məqamlarını, o cümlədən baş nazirinin Tehranda ən təntənəli şəkildə ağırlayıb, “Qarabağ Ermənistanındır” yazısının arxasında poz verməsinə şərayit yaratması və PKK-lı terrorçuların İran üzərindən Ermənistana keçməsinə izin verməsi kimi talehsiz olaylar, bu dövlətin də yaşanan cinayətlərdə ortaq olduğunu açıqca göstərməkdədir.

Biz Güney Azərbaycanın siyasi-mədəni aktivistləri olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətlərini və İran İslam Respublikasının Ermənistandan yana tutumunu şiddətlə qınayaraq, işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədi ilə Sizin rəhbərliyiniz və baş komandanlığınızda Azərbaycan Ordusu tərəfindən başladılan hərbi əməliyyatı dəstəklədiyimizi və hər cür yardıma hazır olduğumuzu bildirir, qəhrəman Azərbaycan Ordusuna bu müqəddəs savaşda böyük zəfərlər arzulayırıq.

Dərin Sayğılarla Güney Azərbaycanlı Aktivistlər

İmzalayanlar (əlifba sırasına görə):

Avşar Abbasi (Almaniya) – Babək Bəxtavər (İngiltərə) – İsmail Cəmili (ABŞ)- Əlirıza Ərdəbilli (İsveç) – Səid Əzizi (İsveç) – Süheyla Əzizi (İsveç) – Türkmən Gəmiçi (ABŞ) – M. Rıza Heyət (Türkiyə) – Taha Kirmani (Türkiyə)- Əmir Makui (Norveç) – Araz Nəsimi (İsveçrə) – İbrahim Rəmazani (Türkiyə) – Aslan Sultani (İsveç) – Tağı Süleymancah (İsveç) – Babək Şahid (Türkiyə)–Ümid Şükri (ABŞ) – Milad Talibi (Türkiyə) – Rıza Talibi (Türkiyə) – Məcid Tutunçı (ABŞ).

TURKISHFORUM -ABDULLAH TÜRER YENER

Okumaya devam et  “İran Suriyanın 10 hərbi bazasını qabaqcıl raketlərin istehsalı fabriklərinə çevirib”-Benni Qantz

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir