“Guantanamo-Gazze”-den Günéy Azerbaycan’a!

Bu yazı 14 il bundan önce yazılıb, ancaq günümüze uyqundur.Oxynması yararlı olar.Hilal - Shahab 3 iran fuzeleri

Yazan

Bu yazı 14 il bundan önce yazılıb, ancaq günümüze uyqundur.
Oxynması yararlı olar.
Hilal

“GuantanamoGazze”-den Günéy Azerbaycan’a!

Qudus şeheri ile géniş çévresi inam-inancların béşiği olduğundan beri sürekli çatışmaların, savaşların yatağı da olubdur. Bu bölge yalnız Osmanlı Türklerin egemenliği (hakimiyeti) sırasında 400 il boyunca barışın, dincliğin üzünü görübdür, Türklerin eli oralardan üzülenden sonra géne qarqaşa, savaş günümüze dek sürmekdedir. Bu  çalxantılı savaşlar görünüşde inanclar anlaşmazlığını yansıdırsa da gerçekde egemenlik uğrunda géden uyqarlıqlar çatışmaları olmaqla bu ortamı évrensel çapda siyasal, parasal çıxarların oyunluğuna (oyun yérine) dönüşdürmüşdür. Bu oyunluqda oyuncular çağın gerekçelerine göre değişirlerse de oyun quralı değişmeyir. Günümüzün öncü oyuncuları başda Amérika Birleşmiş Dövletleri(ABD) ile onun ”dost-düşmeni” İran adlandırılmış yérin yönetimi – İran İslam Cumhurisi(İİC) – dirler. ABD Afqanıstan’da Sovyétler’e qarşı islamçıları güclendirib, bugünkü Al Qaide yaranır. İİC  bölgede öz yayılmacılğını gerçekleşdire bilmek üçün térör-qorxu yağdıran Hizbullah ile İslami Cehad’ı, İsrail ise Al Feth örgütünü dağıtmaq üçün 1987-de Hamas’ı qurur Sovyétler’in dağılma qoxusunu alan ABD, Orta Doğu’nu bütünlükle öz eline alabilmek üçün çizergelerin (planların) yénileşdirib, İİC ile Iraq’ın arasında géden savaşa son vérdirerek İİC-ine yéni görevler vérir. İİC güclenmelidir. 1- Sovyétler’in zencirinden qurtulmuş Türk yurdlarını qısqacda saxlayıb, Türkiye ile yaxınlaşmalarına engel töredilmelidir 2- Ereb dünyasının başında güclü bir çomağın olması gereklidir.

ABD ile İİC arasında olan ilişgiler görünüşde olduğunun tersine ”Water Gate” qonusuna dayanıb, çéşitli düzéyde işbirlikleri génişlenir. İİC, ABD-nin örtülü qorumacılığı ile böyüyür. Bu gelişmeni  aydınlatmaq üçün géçmişine baxmalıyıq.

Gorbaçov’un gelişi ile Soyuq Savaş bitib-bitmemiş, ”dünya düzeni bir yanlı olur” déyilib, yéni dünya düzeni  ile évrenselleşme (globallaşma) déyimi güncellik qazanırsa da ”yéni sömürgeçilik” qavramı göz ardı édilmir. Bu düzende uluslar arası ilişgiler artıq ortaq çıxarlar üzerine qurulmalıdır. Ancaq, günden güne artmaqda olan énérji tüketimi (istéhlakı, mesrefi), yanacaq elde étme éle de dünya bazarlarının bölüşme sorunları gelişmiş böyük ölkelerin arasında anlaşmazlığa yol açır. ABD bu sürece atbaşlığı éderek öz maraqlarına üstünlük vérib, géçmişdeki Avrupalı yoldaşlarını saymazlıqdan gelince ortaqlar arasında çatlaqlar yaranmağa başlasa da belli qonularda ortaqlıqları sürür. ABD, yöntem değişerek yanacaq yataqlarının yanında yérleşen éski ”dostu”, yéni ”düşmeni” İran adlandırılmış yére marağı yönelir. İİC düşmen paltarında ABD-ye böyük yardımları toxunacaqdır. Bu doğrultuda siyasallaşmış İslam yayılmacılığı, térör bağlantılı eylemler (emeliyat) ön sıraya çıxarılmalı, ancaq  sınırlı saxlanmalıdır. Bu işi yalnız şie inamına (mezhebine) bağlı, müselmanların içinde azınlıqda, İsalm adı ile ırqçı düşünümler (mefküreler, idéolojiler) ile de beslenmiş olan İİC görebiler. Bu bağlamda Hizbullah güclendirilib, islamçılıq bölgede qışqırdılır (tehrik édilir). Türkiye’de démokrasi adı ile islamçı étkinlikler artırılıb, müselman olan ölkeler de bu axımdan payların alırlar. ABD, Avrupa médyaları éle de onların qulluqçuları ağız dolduran yalançı sözlerle -démokratikleşme, inanc özgürlüğü,…- insanları yönlendirib, yémledikleri yérli oyuncularının yardımı ile inancsal (dini) duyqu sömürgeçiliği yaparaq gündem yaradıb, yéterince aydınlaşmamış qara yaxa kesimin içinde isalmçılığı, onları bütün parasal, toplumsal, siyasal sıxıntılardan qurtaracaq bir göğsel (semavi) ülkü kimi tanıtdırıb, qudsallaşdırırlar. Bu yolda bütün arac-gereçleri qullanıb, mafıya sayağı yönetilen böyük- kiçik paralı-pullu islamcı quruluşlar, ortaqlıqlar da boyunlarına düşen işleri bacarıqla yérine yétirirler.

Okumaya devam et  Şərqi Azərbaycanın “Saypa” zavodunun işçiləri tətilə başladı

Yanacaq qaynaqları olan bölgeler bir başa ABD-nin eline géçmelidir. Saddam kartı bu yol İİC yararına oynanmağa başlanır. ABD qoşunlarını Kenger Körfezi (Besre Körfezi) Ereb ölkelerine yérleşdirib, döşergeleri qurulur.  İslamçılıq qışqırdılır, Saddam’a savaş açılıb, ancaq yarımçılıq dayandırılır. Niye? Dünyada savaşa qarşı böyük direniş başlayıb, Amérikaya ters tepkiler artınca bu direnişleri qırmaq üçün bir süre savaşa ara vérilib, étkili ölkelerin yétkilileri ile de alış-vérişe géçilir. Bu sürecde Çeçenistan sorunu da başlayınca  Amérika ilk başda  buna Çeçenlerin yararına olumlu baxıb, sonra ise Iraq alış-vérişleri çerçivesinde  Ruslar ile anlaşılır. Iraq Amérikanın dénetimine géçmeli, Çeçenistan da Russlar’da qalmalıdır. İslamçılaşdırmada, Afqanıstan’da egemen olan islamçı Mucahidler béle daha qatı islamçı, Al Qaide’ni töreden (emele getiren) Talibanlar ile değişilir. Müselman ölkelerinde islamçılıq güclenir, 11.09.2001 Niyu York térör saldırısı baş vérince Amérika dünya desteyini arxasına alaraq Afqanıstan’ı ”temizlemek” üçün yola düşüb, sırası ile de Iraq’a démokrası apararaq 1400 illik sünnü erkine (iqtidarına) son qoyub, şieleri egemenleşdirerek dünyada olan en böyük ordu döşergesini Bağdad’da tikir. İİC ile düşmencil, ancaq yaralı ”ters” işbirlikleri sürür.

Bu bağlamda bir néçe qonuyu aydınlatmalıyıq: 1- Niye İİC  2- İşbirlikleri alanlar  3- Ortaq çıxarlar qonusuna toxunmalıyıq.

1- Niye İİC

Sovyétlerin boşluğunu bölgede birisi doldurmalıdır. İİC bir şie inamcıllığı -téokrasısı- olaraq bütün İsalm ölkeleri ile çelişgide olmaqla iller boyu sömürgeçiliyin önleyici düşmeni olan Türklere qısqanclıq ötesini aşan düzéyde düşmendir. Fars ırqçılığnın egemen olduğu, bunun da sömürgeçi düşünümler ile bölgede örtüşen tekce yér olması, jéopolitik qonumunun da elvérişli olmasıdır.

2- İşbirlikleri alanlar

Taliban ile Saddam Hüséyn, İİC-ne gün vérseler de işıq vérmeyirler. ABD, İİC-nin bu iki qatı düşmenini yox étmelidir. İİC bütün gücünü orada yérleşen afqan qrupların üzerinde qoyaraq, onları ABD  ile géniş çaplı işbirliğe sürükleyib, özü de açıq-gizli bütün alanlarda  desdek vérir.

Okumaya devam et  Güney Azərbaycanın etirazları bəzi Türkiyə və İran mediasında əks olunması

Sıra Iraq’a gelince, 1990-da Saddam’ın Kuvéyt’e saldırmasından sonra ABD-in ona qarşı başlatdığı savaş sonuc vérmeyince, İİC kömeği éle de onun dénetiminde olan ıraqlı şie qruplarının birbaşa işbirliyi ile 2003-de savaşa başlanıb, başrı elde édilir.

3- Ortaq çıxarlar

ABD bölge Ereb ölkelerini, saldırqan güclü bir İİC-ni mahna éderek bölgeye qoşunlarını qonuşdurmaqla onları birbaşa öz eline alıb, böyük ölçüde yaraq (silah) satmaqla yanaşı Avrupa’ya axan neft-gaz axışının ayarın da elinde tutub, bölgede étkisi artmaqda olan Çin’i de buxovlayır.

İİC ise bu durumdan yararlanaraq fars-şie yayılmaçılıq siyasetini islamçılıq adı ile yürüdüb, bölge éle de dünyada özüne yér açmağa çalışır. Bir yandan Afqanıstan ile Tacikistandakı sünnü dildaşları, obir yandan da Iraq’da ereb şieleri ile dayanışmaya géçib, islamçılıq bayrağını öz eline alaraq dünyaya méydan oxuyur. Xuméyni döneminde yapa bilmediği dévrim yayılmacılığını indi gerçekleşdirmeye çalışıb, qonşularını da hedeleyerek, ABD-nin qoltuğuna sığınmağa yöneldir.

Sonuc

Baba Buş’un Iraq’a qoşun çekmesi, bölgenin zengin yanacaq yataqlarını öz eline almaq isteğinin yanında  islamçılıq ile savaş adına, yéyinlikle gelişmekde olan Uzaq-Doğu ölkeleri, özellikle Çin’e qarşı dünya bazarlarını elde saxlamaq, öz sözleri ile ”yéni dünya düzeni” qurmaq dayanır.

İİC ise, içinde olduğu böyük siyasal, toplumsal sarsıntılarını ort-bas édib, fars olmayan ulusalların azadlıq sesini boğmaq üçün özüne qondarma dış (xarici) düşmenler tapıb, bu ulusları da onların elaltısı olma mahnası ile tapdalayır. Sürekli özgeler ile çatışmada, savaşda olmaq İİC-nin egemenliyinin qorunmasının ana savı sayılır. Xuméyni déyir: Savaş Allahın bereketidir. Savaş iran adlandırılmış yérde qurulan erkinliyin ömrünü uzadır. Bugün Filistin adı ile qışqırdıcılıq éderek  filistinlileri qullanıb, onları İsrail bomblarının yémi édir. Yoxsa, farslar gerçekden İsrail’e qarşı iseler niye yalnız yéke-yéke sözlerde qalıb, özleri savaşa girmirler. Néce olur fars-şie egemenliyi Günéy Türklerinin İran Türkleri diye bir qavram yanlışdır- topraqlarını işğalçılıqla yanaşı özlerini de menevi soyqırıma uğradıb, ancaq filistinli sünnüleri İsrail işgalından, soyqırım da ortalıqda yoxdur, qurtarmaq isteyir? İran adlandırılmış yérin ABD-İsrail qarşısında vurqulamaya deyer héç bir üstünlüyü olmaması hamıya aydındır. ABD-in gerçekden İİC ile sorunları varsa, gerek Iraq’ın yérine, téröri doğrudan destekleyen farslara qarşı ilk savaşı açardı, onda en azı bu nedenlerden dolayı işi daha qolay olardı: 1- Farsların arxasında Ereb dünyası yox idi. 2- Farsların qoşunları vaxtında Iraq’ınkından gücsüz idi. 3- Saddam yönetimi sosyalist değerlere söykenerek ölkede azından toplumsal yaşam quralları çağdaş dünya değerleri ile örtüşüb, toplumsal sorunlar az idi. Iraq’da başörtü, çarşafa bürünmeyen qadının görüntüsü artıq géçmişde qalıbdır.

Okumaya devam et  Odri Azule yenidən UNESCO-nun Baş direktoru seçilib

ABD dünyanın en gelişmiş démokrasisi adlanıb, insan haqlarının qorunması da bu ölkenin sözde de olsa temeldaşı sayılır. Ancaq, nedense Afqanıstan’dan, Pakistan’dan toplayıb Guantanamoya apardığı insanları öz yasalarına béle ayqırı olduğunda yargısız saxlayıb, işgence yasaları çıxararaq onları dünyanın gözü önünde suçlu-suçsuz démokrasi adı ile işgence édir. Abu Qoréyb dusdağında olan olaylardan yasalanmamış olduğundan danışmırıq, ancaq bunun da ABD-nin çıxarları doğrultusunda, dünyada islamçılığı qanadlandırdığı açıq bir gerçekdir. ABD islamçılığın yayılmasınını desdeklemirse neden Günéy Azerbaycan’da haqsızlığa, fars işgalçılığına qarşı néçe ilden beri süren, indiki dünyanın en böyük uyqar gösterilerinden (medeni mitinglerden) – Qala Qurultayılarından, şeher yürüşlerinden – médyalarında ses-söz yox, ancaq nedense hardasa üç-dörd farsın öz yönetimlerine sözde qarşı yönelmiş kiçik çaplı qarşıdurmalarını şişirdib, desdekleyirler.

Filistin’de génellikle, Gezze’de özellikle illerden beri süren oyun quralları deyişmeyib, İsrail bombalayıb dağıdır, ereb şeyxlerinden, dünyanın oyan-buyanından yardım toplanıb, düzeldilib, oyun yénileşib, savaş tendiri isti saxlanır. İİC de islamçılıq bayrağı ile filistinlilerin haqlarını savunurmuş gibi görsenmekle müselmanlara önderlik édir yansıtmalarda bulunub, bu tendire odun yağdırır.

Türk tinselliği (ruhiyesi) insan séver, düşmenlerine qarşı béle acınar (şefqetli) dır. Gezze’de olan olaylara qarşı  biz de sesimizi çıxarmalı, İsrail’i qınamalıyıq, ancaq bize olan haqsızlıqlara qarşı kim ne édib, ne étmelidir. Bize haqsızlıq éden, Gezze’de olan haqsızlığa qarşı deriden qabıqdan çıxan fars İİC-nin olması, onun burda da suçlu olmasıdır. İsrail’in bombaları, fars İİC-nin belasından başqa déğil.

Aşağıdakı qısa tutuşdurmaya baxılınca, kimin kim olduğu aydınlaşır.

Günéy AzerbaycanGezze
İşgal altındadırİşğal altında déğil
Dili yasaqdırDili yasaq déğil
Öz yönetimi yoxÖz yönetimi var
Arxasında duran yoxArxasında duranı var
Savunmaları yoxSavunmaları var
Basınları (metbuatı) yoxBasınları (metbuatı) var
Yardımcıları yoxYardımcılrı var
VuruşmurlarVuruşurlar
Dünyada  tanılmırlarDünyada tanılırlar
MüselmandırlarMüselmandırlar
Azadlıq isteyirlerAzadlıq isteyirler

Hilal

Kanada, Vancouver şeheri

31.01.2009

Giriş/Güncelleme Tarihi:


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir