Abbas Lisani sürgünə göndərilir

Lisani 50 ay həbs cəzası çəkdikdən sonra fevralın 21-də polis qüvvələrinin müşayiəti ilə həbsxananın 7-ci bölməsindən Ərdəbil şəhəri polis idarəsinin təcridxanasına aparılıb. - bbas isani s rg n g nd rilir 0 1676997911

Güneyli siyasi məhbus və milli fəal Abbas Lisani Yəzd şəhərində iki illik sürgün cəzasını çəkmək üçün Ərdəbil həbsxanasından təcridxanaya köçürülüb.

Lisani 50 ay həbs cəzası çəkdikdən sonra fevralın 21-də polis qüvvələrinin müşayiəti ilə həbsxananın 7-ci bölməsindən Ərdəbil şəhəri polis idarəsinin təcridxanasına aparılıb.

O, 8 illik həbs cəzasının4 ilini çəkdikdən sonra, bir neçə gün öncə barəsindəki haqsızlıqlara və müalicə olunmasına imkan verilmədiyi üçün aclıq aksiyasına əl atacağını bildirmişdi.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Okumaya devam et  Urmu stadionunda milli şüarlar səsləndirilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir