Cənubi Azərbaycanın öz bayraq və simvolları.

Cənubi Azərbaycanın öz bayraq və simvolları. - azerb bayraq

Cənubi Azərbaycanın öz bayraq və simvolları.

Faiq Ələkbərli: “Azərbaycanın Güneyində milli bayraqla bağlı əsasən iki fikir mövcuddur”

Tarixdə neçə-neçə dövlətlər quran cəngavər türk babalarımız bayrağa xüsusi ehtiram göstəriblər. Hər dövlətin, hər tayfanın öz bayrağı olub və cənglərdə bu bayraqlar qalibiyyət rəmzinə çevrilib.

Bu gün Cənubi Azərbaycanda başlanan və üç aydır davam edən milli azadlıq hərəkatının mütləq mənada qalibiyyətlə başa çatacağı şübhə doğurmur. Bu gün Güney Azərbaycanda müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağını dalğalandıran soydaşlarımız da az deyil. Bundan əlavə, internet resurslarında Güney Azərbaycana aid olduğu deyilən müxtəlif formalı bayraq fotoları yer alıb. Azərbaycanın dövlət bayrağının tam oxşarı olan, yalnız formasına görə müəyyən qədər fərqlənən bu bayraqlar maraq doğurur.

Vikipediya açıq ensklopediyasında Güney Azərbaycan bayrağı barədə bunlar qeyd edilir: “Güney Azərbaycanın bayrağı və ya Cənubi Azərbaycan bayrağı-irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır”.

İnternet resurslarında qeyd edilən məlumatlara görə, bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını Cənubi Azərbaycanın bayrağı kimi qəbul edir.

Qeyd edilənə görə, 2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı – UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb.

Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak edib. Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığın rəmzləri mövcuddur.

Digər bayraq forması ilk dəfə Cənubi Azərbaycanın ilk milli-siyasi təşkilatı olan CAMAH tərəfindən 1991-ci ildə hazırlanaraq təqdim olunmuş, Uzun müzakirələrdən sonra, nəhayət ki, həmin layihə 1994-cü il tarixində CAMAH-ın növbəti qurultayında təşkilat rəhbəri Piruz Dilənçinin müxalifətinə rəğmən səsçoxluğu ilə təsdiqlənmiş və qəbul olunub. P.Dilənçinin bayraq ideyası ilə müxalifəti isə Əbülfəz Elçibəyin “Bir millətin bir bayrağı olmalıdır” ideyasından doğurdu. O, “Cənubi Azərbaycanın ayrıca bayrağı olmamalıdır. İki bayrağın mövcud olması, hələ birləşməmiş bir milləti ikiyə parçalaya bilər. Bu isə Azərbaycan düşmənlərinin dəyirmanına su tökmək kimi bir şeydir. Buna görə də, Azərbaycan dövlətinin rəsmi bayrağı həm də Cənubi Azərbaycanın bayrağı kimi qəbul edilməlidir”-deyə vurğulayıb.

“50-60 milyonluq Azərbaycan türkünə hesablanmış üçrəngli bayrağımız hər kəs tərəfindən qəbul edilən bir bayraqdır”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Güney Azərbaycanımızda gedən proseslər və onun nəticələri ilə bağlı əlbəttə, geniş fikir mübadilələri aparılmalıdır. “İstər Güney Azərbaycanın bayraq məsələsində, istərsə də gələcək dövlət atributlarının müəyyənləşdirilməsində fərqli fikirlərin olması təbiidir. Bu istiqamətdə olan fikirləri, təklifləri, ayrı-ayrı düşüncələri, müəyyən ziddiyyətləri birmənalı şəkildə mənfi yöndə yozmaq düzgün deyil. Çünki bu ciddi bir prosesdir. Bu prosesin müəyyən qanunauyğun sonluqla nəticələnməsi hələ tezdur. Ancaq məhz bayraq məsələsinin, dövlət ərazisinin, coğrafiyasının, himninin, eləcə də digər atributlarının müəyyənləşməsi Azərbaycanımızın Güneyində yeni bir dövlətin yaranmasının sonucu olaraq ortaya çıxacaq. Cənubi Azərbaycanın bayraq məsələsinin öndə olması və bu barədə müxtəlif fikirlərin mövcudluğu təbiidir. Bilirik ki, bayraq hər bir toplumun, millətin əsas atributudur, rəmzidir, simvoludur. Azərbaycanın Güneyində milli bayraqla bağlı əsasən iki fikir mövcuddur. Bunlardan biri müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının qəbul edilməsi məsələsdir ki, burada da öz mövqeyini ortaya qoyan təşkilatlar, ictimai-siyasi fəallar kifayət qədərdir. Eyni zamanda Azərbaycan Respublikasının bayrağına əsasən oxşayan, amma bir qədər fərqli bayraq təqdim edənlər və bunu müdafiə edənlər də vardı. Bilirsiz, məsələyə iki prizmadan yanaşmaq lazımdır. Biz əgər buna vahid Azərbaycan bayrağı prizmasından yanaşsaq bu sırf 50-60 milyonluq Azərbaycan türklərinə hesablanmış bir məsələdir. Bu məsələdə də aşağı-yuxarı heç bir problem yoxdur. Azərbaycanlıların böyük çoxluğu 1918-ci ilin noyabrın 9-da qəbul olunan Azərbaycan bayrağını qəbul edirlər. Bu bayraq ötən yüz ildən çox bir dövrdə öz təsdiqini tapmış bayraqdır. Yəni bu bayrağın rəngləri və üzərindəki ay-ulduz əksləri ilə bağlı həmrəylik var. 50-60 milyonluq Azərbaycan türkünə hesablanmış üç rəngli bayrağımız hər kəs tərəfindən qəbul edilən bir bayarqdır. Heç kəs bu məsələdə tərəddüd etdir. İnişallah gələcəkdə bütöv Azərbaycan Cumhuriyyəti qurulacağı təqdirdə birmənalı şəkildə böyük çoxluq bu bayrağı qəbul ediləcək. Daxili auditoriyada türklüyümüzü, çağdaşlığımızı və islamlığımızı demək olar ki, bütün Azərbaycan türkləri qəbul edirlər. Ancaq məsələyə ikinci prizmadan yanaşsaq buna xarici cəmiyyətlərə, toplulara, cəmiyyətlərə hesablanmış bir məsələ kimi də baxmaq lazımdır”.

F.Ələkbərlinin sözlərinə görə, əgər biz Azərbaycanın Güneyində gedən proseslərin müstəqil dövlətçiliklə yekunlaşacağını ortaya qoyuruqsa və buna inanırıqsa o zaman burada bir məsələ qalır. O qeyd etdi ki, keçmiş dövlətçilik ənənələrimizin əsasında yeni müstəqil bir dövlət meydana çıxacaqsa, bu yeni dövlətin dünyanın bir çox dövlətləri, o cümlədən də Azərbaycan, Türkiyə tərəfindən tanınması üçün eyni bayrağın qəbul edilməsi məsələsi bir az mübahisə doğura bilər: “Söhbət yüzdə-yüz eyni bayrağın qəbul edilməsindən gedir. Bu anlamda müəyyən fərqləndirici cəhətlər olmalıdır. Yəni Azərbaycan Respublikasının bayrağına oxşar, lakin ondan müəyyən qədər fərqlənən bir bayrağın olması mümkündür. Əgər Azərbaycan xalqının, Azərbaycan türklərinin ikinci bir dövləti yaranarsa və Azərbaycan Respublikasının bayrağı onun bayrağı kimi qəbul edilərsə, bu Azərbaycan, Türkiyə, Pakistan və digər bizə dost olan ölkələr tərəfindən qəbul olunar. Amma digəriləri müəyyən anlamda bunu qəbul etməyəcəklər. Ona görə də bu məsələdə bir azca fərqli bayraqla çıxış etmək qaçılmazdır. Yox əgər İran adlanan ölkə dağılarsa və buradakı Azərbaycan türkləri yeni bir dövlət yaratmaqdan daha çox Azərbaycanın qüzeyində artıq mövcud olan Azərbaycan Respublikası ilə birləşmək qərarına gələrlərsə, bu zaman birmənalı şəkildə üç rəngli bayrağımız keçərli olacaq. Gördüyümüz kimi, məsələyə hər iki prizma ilə yanaşdıqda burada çox cüzi fərqlilik gözə çarpar, bir ziddiyyət yoxdur…”

F.Ələkbərli hesab edir ki, Cənubi Azərbaycanda müstəqil dövlət qurularsa və onun BMT və digər təşkilatlar tərəfindən qəbul edilməsi üçün keçici də olsa Azərbaycan bayrağından fərqli bayraq ortaya çıxmalıdır, sonucda isə üçrəngli bayrağımız vahid bayraq olaraq qəbul edilər…

İradə SARIYEVA -BAKİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  “Ermənilərə nə qədər yaxşılıq etsən, anlayan deyillər” – Moskvanın səbri tükənir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir