Urmu gölünün suyunun cəmi 12%-i qalıb

Şərqi Azərbaycan Regional Su İdarəsinin avqustun 6-da yayılan rəsmi statistikasına əsasən, gölün suyu ekolojik vəziyyətlə müqayisədə 88% azalıb. - 0 1659855097 780x470 1

Güney Azərbaycanın incilərindən sayılan Urmu gölünün suyunun səviyyəsi hər gün biraz daha aşağı düşür.

Şərqi Azərbaycan Regional Su İdarəsinin avqustun 6-da yayılan rəsmi statistikasına əsasən, gölün suyu ekolojik vəziyyətlə müqayisədə 88% azalıb.

Məlumata görə, Urmu gölünün səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42 sm azalaraq 1270,44 -ə çatıb.

Hesabatda bildirilir ki, gölün genişliyi keçən ilin eyni vaxtı ilə müqayisədə 814,44 kvadrat kilometr azalıb.

Sonda məlumatda qeyd olunub ki, Urmu gölünün suyunun həcmi təkcə ötən 1 il ərzində 1,31 milyard kub metr aşağı düşüb.(https://www.aznews.tv/urmu-golunun-suyunun-c%c9%99mi-12-i-qalib/)

Okumaya devam et  Londonda fövqəladə vəziyyət elan edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir