Türkiyə ilə Azərbaycan arasında turizmin inkişafına dair görüş keçirilib

Türkiyə ilə Azərbaycan arasında turizmin inkişafına dair görüş keçirilib - atakule azerbaycan

Türkiyə ilə Azərbaycan arasında turizmin inkişafına dair görüş keçirilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri Rüfət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ATAA ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.

Görüşdə iki qurum, eləcə də iki qardaş ölkə arasında bu sahə üzrə gələcək fəaliyyət planları, Türkiyə-Azərbaycan turizm əlaqələri və ortaq turizm platformasının yaradılması məsələləri müzakirə olunub. Bundan əlavə postpandemiya dövründə turizmin inkişafı baxımından iki qardaş ölkə arasında şəxsiyyət vəsiqələri və vizasız səyahəti nəzərə alaraq qarşılıqlı turist sayının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüş əsnasında iki qardaş ölkə arasında səhiyyə turizminin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə çıxış edən ATAA-nın sədri Rüfət Hacıyev Qarabağ müharibəsi dövründə Azərbaycanla həmrəylik və birlik nümayiş etdirdiyi üçün türk xalqı və dövlətinə minnətdarlığını bildirib və bunun hər bir azərbaycanlı üçün çox vacib olduğunu xüsusi qeyd edib.

Pandemiya dövründə də iki qardaş ölkə arasında turizmin inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu deyən sədr Azərbaycanın bir çox sahədə olduğu kimi turizm baxımından da çox gözəl potensiala malik olduğumu vurğulayıb: “Biz bu potensialı Türkiyə bazarında nümayiş etdirmək istəyirik. Pandemiyanın nə zaman bitəcəyi bəlli deyil. Bunu üçün də bu dövrdə işləməyi öyrənməliyik. Bu baxımdan “Türk hava yolları”nın pandemiya dövrü ərzində kəsintisiz fəaliyyəti bizim və bütün dünya üçün çox gözəl nümunə oldu. Biz, eyni zamanda, iki qardaş ölkə arasında səhiyyə turizmini inkişaf etdirməyi də hədəfləyirik. Belə ki, səhiyyə turizmi ümumi turizm sahəsində çox böyük rola sahibdir”.

Çıxışı zamanı Azərbaycanı öz torpaqlarını geri almaq uğrunda apardığı haqlı mübarizəsində əldə etdiyi şanlı zəfər münasibətilə təbrik edən TÜRSAB-ın rəhbəri Firuz Barbaros Bağlıkaya bu qələbənin bütün türk dünyasını qürurlandırdığını vurğulayıb: “Türkiyə ilə Azərbaycan qədim köklərə sahib iki qardaş ölkədir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı iki ölkə arasındaki münasibətləri ümumiləşdirən ən gözəl cümlədir. Dostluğumuz strateji tərəfdaşlıqlarla daha da möhkəmləndikcə, hər keçən gün bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqdan məmnunuq. Bu əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən biri də turizm sektorudur.

Bu baxımdan, iki ölkə arasındakı qarşılıqlı turizm fəaliyyətləri, aprelin birindən başladılan Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə səyahət fürsəti qarşılıqlı turizm hərəkətliliyini ciddi şəkildə artıracağına əminəm”.

AZERBAYCANNEWS.AZ /TURKISHFORUM- ABDULLAH TÜRER YENER

Okumaya devam et  Güney Azərbaycanda nümayişlərə çağırış edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir