“Azərbaycanın sərvətlərinin talanmasına son qoyun”-Təbrizdə yazılı vərəqələr yayılıb

Vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü qeyd olunub. - brizd yaz l v r q l r yay l b z rbaycan s rv tl rinin talanmas na son qoyun 0 1655287015

İyunun 14-də milli fəallar Təbriz şəhərində aksiya keçirib. Onlar şəhərdə yazılı vərəqələr yayaraq Azərbaycan sərvətlərinin hökumət tərəfindən talanmasına son qoyulmasını tələb ediblər.

Vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü qeyd olunub.

“Bu söz Azərbaycan sərvətlərinin talanmasına bariz bir nümunədir. Talanan və aradan aparılan yalnız dil və mədəniyyətimiz deyil.

Bu haqq sözləri dilə gətirən bir çox mədəni fəallarımız bu gün zindanlardadırlar. Onları müdafiə etmək hamımızın borcudur”-deyə, vərəqələrdə bildirilıib.

Okumaya devam et  Güneyli idmançı Rusiyanın təcavüzünə etiraz etdiyi üçün komandadan qovuldu

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir