Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb

İran rəsmilərinə müraciət edilərək Təbrizin tarixi abidələri və quruluşunun dağıdılmasının qarşısının alınması istənilib.

Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb və İran rəsmilərinə müraciət edilərək Təbrizin tarixi abidələri və məhəllələrinin  dağıdılmasının qarşısının alınması istənilib.

İranın mədəni irs, turizm və əl işləri naziri Seyid İzzətullah Zərğami, yol və şəhərsalma naziri Rüstəm Qasimi və Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmə ünvanlanan müraciətdə 1960-cı illərə kimi 2000 hektar sahəsi olan Təbrizin tarixi sahəsinin bu illər ərzində dağıdıldığı qeyd olunub.

Təxminən 50 illik bir zaman kəsimində Təbrizin bir çox abidələrinin dağıdıldığı, tarixi quruluşunun uçurulduğu, Göy Məscid, Ərk qalası, Həsən Padişah tarixi kompleksi (Sahib ul Əmr), tarixi bazar və b. abidələrin çevrəsində YUNESJO-nun qaydalarına zidd tikinti işlərinin aparıldığı xatırladılaraq adı çəkilən abidələrə ziyan vurulduğu yazılıb.

Müraciətdə qorunmalı olan və bir çoxunun milli əsərlər siyahısı, bir neçəsinin YUNESKO tərəfindən qeydiyyata alınan abidələrin ətrafında qaydalara zidd olaraq yeni ticarət mərkəzlərinin, yaşayış və ofis binalarının tikilməsinin Təbriz tarixinə qarşı laqeyd yanaşıldığını göstərdiyi bildirilib.

“Müraciətdə İran parlamentinin 2019-cu ilin iyulunda təsdiq etdiyi tarixi strukturların qorunması və bərpası qanununa riayət olunması, Təbrizin tarixi quruluşununbərpası üçün meyarların tapılması, işə cəlb olunmaları həmin əlaqədar qurumların bilavasitə gündəmində olmalıdır”-deyə, müraciətin sonunda bildirilib.


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir