Ərtoğrul Sağlam “Traxtur”dan ayrıldı

Məlumata görə, Sağlamın adı iyunun 9-da “Traxtur” klubunun “İnstaqram” profilindən silib. - rto rul sa lam raxtur komandas ndan ayr ld 0 1654844900

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlam Təbrizin “Traxtur-Azərbaycan” futbol klubundan ayrılıb. Buna səbəb klub rəhbərliyi ilə Sağlam arasında fikir ayrılığının yaranmasıdır.

Məlumata görə, Sağlamın adı iyunun 9-da “Traxtur” klubunun “İnstaqram” profilindən silib.

Qeyd edək ki, “Traxtur” klubunun rəhbərliyi türkiyəli baş məşqçini növbəti mövsüm üçün də saxlayacağı barədə vəd vermişdi.

Lakin təxribatlar və fikir ayrılığı nəticəsində baş məşqçinin Təbrizdə qalması mümkün olmayıb.

Bundan bir neçə gün öncə klubun baş direktoru Mir Məsum Söhrabi Sağlamla maliyyə məsələsində fikir ayrılığının yarandığını, ancaq növbəti mövsüm üçün onun saxlanılmasına çalışacaqlarını demişdi.

Ərtoğrul Sağlamın “Traxtur”dan ayrılması ilə Azərbaycan klubunda yenidən böhran dövrünün başlanması gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə Ərtoğrul Sağlam mediaya verdiyi açıqlamada Ərəbistan və Qətərdən təkliflər almasına baxmayaraq Təbrizdə qalmaq, “Traxtur”u çempion görmək istədiyini deyib.

“”Traxtur” tərəfdarları üçün adi futbol komandasından ötədir. Onlar “Traxtur”la nəfəs alır, onunla yaşayırlar”-deyə, Sağlam bildirib.

Ehtimal edilir ki, Ərtoğrul Sağlamın illərdir İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH)  komandirlərinin nəzarətinə keçən “Traxtur” komandası ilə bağlı dediyi xoş sözlər rəhbərliyin xoşuna gəlmədiyi üçün türkiyəli baş məşqçini vaxtından əvvəl yola salmaq istəyirlər.

Okumaya devam et  İsrail rəsmisi: Bayden hələ də Sepah-ın bir hissəsinin terror təşkilatları siyahısından çıxarılmasını istəyir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir