Tanınmış güneyli dilçi və araşdırmaçı xəstəxanaya yerləşdirilib

Tehranda yaşayan tanınmış dilçi, araşdırmaçı və türkoloq Dr.Hüseyn Məhəmmədzadə Sədiq(Hüseyn Düzgün) iyunun 4-də “Şəriəti” xəstəxanasına yerləşdirilib. - an nm g neyli dil i v ara d rma x st xanaya yerl dirilib 0 1654490267

Onun ağır durumda olduğu bildirilir.

Tehranda yaşayan tanınmış dilçi, araşdırmaçı və türkoloq Dr.Hüseyn Məhəmmədzadə Sədiq(Hüseyn Düzgün) iyunun 4-də “Şəriəti” xəstəxanasına yerləşdirilib.

Onun yaxınlarının verdiyi məlumata görə, türkoloq beyin infarktı keçirib və ağır durumdadır.

1945-ci ildə Təbrizdə anadan olan Hüsey Düzgün müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşriyyələrin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Rjimə qarşı yumuşaq siyasi tutumuna baxmayaraq, o, Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini çevirib. Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini işləyib və nəşr edib.

Okumaya devam et  Güney Azerbaycan Türkleri

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir