Ərdəbildə işsizlik səviyyəsi kəskin yüksəlib

Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz dehqanın verdiyi məlumata görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil əyalətində bu rəqəm 14 faiz təşkil edib və bununlada əyalətdə işsizlik səviyyəsi ölkə üzrə orta səviyyədən 4,6 faiz yüksəkdir. - rd bild i sizlik s viyy si k skin y ks lib 0 1650861238

Bu barədə əyalətin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini məlumat verib.

Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz dehqanın verdiyi məlumata görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil əyalətində bu rəqəm 14 faiz təşkil edib və bununlada əyalətdə işsizlik səviyyəsi ölkə üzrə orta səviyyədən 4,6 faiz yüksəkdir.

Keçən mart ayında Ərdəbil rəsmiləri 2021-ci ilin qış mövsümündə işsizlik səviyyəsinin 12 faiz olduğunu bildirmişdi.

Bu rəqəm 2022-ci ilin qış mövsümündə 2 faiz yüksələrək 14 faiz olub. Bu müddət ərzində ölkədə işsizlik səviyyəsi 8,2 faizdən 9,4-ə yüksəlib. Bu rəqəmlər göstərir ki, son bir ildə əyalətdə işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən daha çox artıb.

Dehqanın dediyinə görə, Ərdəbil əyalətində işsizlik səviyyəsinə görə ölkənin əyalətləri arasında 5-ci yerdədir. Ərdəbildən əvvəl işsizliyin ən yüksək səviyyədə olduğu əyalətlər müvafiq olaraq Qərbi Azərbaycan, Kirmanşah, Kürdüstan və Loristandır.

Qeyd edək ki, İran mediasında açıqlanan son məlumata görə, yoxsulluq göstəricilərinə görə, Ərdəbil 31 əyalət arasında 6-cı yeri tutur.

Okumaya devam et  Rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir