Urmu gölünün su payı verilmir

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari cari ildə Urmu gölünə buraxılmalı olan 3,4 milyard kubmetr su payının yalnız 700 milyon kubmetrinin verildiyini deyib. - rmu g l n n su pay verilmir 0 1650522196

Bununla bağlı Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini məlumat verib.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari cari ildə Urmu gölünə buraxılmalı olan 3,4 milyard kubmetr su payının yalnız 700 milyon kubmetrinin verildiyini deyib.

O, hazırkı iqlim şərayiti, yağıntıların miqdari və gölə axan suların vəziyyətini nəzərə alaraq yeni ildə də Urmu gölünün bərpası yönündə müsbət irəliləyişin olmayacağını söyləyib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gölün su həcmi və sahəsinin dahada kiçildiyini deyən Höccət Cabbari, Urmu gölü ətrafında qoruq əraziləri olan gölməçələrdə də ekoloji problemlərin davam edəcəyini bildirib.

Qeyd edək ki, son hesablamalara görə, urmu gölünün 90%-i quruyub və gölün bərpası üçün vəd edilən işlər istənilən yetərli səviyyədə aparılmadığı üçün bölgədə ekoloji problemlər yaşanır.

Son bir neçə həftə ərzində Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası Qərbi, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində problemlər yaradıb.

Okumaya devam et  Yağışın yağmadığı zaman ilin hansı fəslidir? Eluca Atalının “Ənqa quşu” romanına resenziya

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir