Şərqi Azərbaycanda istehsal sahəsinə sərmayə qoyulmur

Məhəmməd Kəlami əyalətdə bu problemin həlli və istehsalçıların fəallaşması üçün 30 min milyard tümən vəsaitə ehtiyac olduğunu söyləyib. - rqi z rbaycanda istehsal sah sin s rmay qoyulmur 0 1650343775

Şərqi Azərbaycan əyaləti valisinin müavini Məhəmməd Kəlami istehsal sahəsi üçün əyalətə sərmay qoyulmadığını və bu sahənin acınacaqlı durumda olduğunu deyib.

Məhəmməd Kəlami əyalətdə bu problemin həlli və istehsalçıların fəallaşması üçün 30 min milyard tümən vəsaitə ehtiyac olduğunu söyləyib.

Şərqi Azərbaycanda 1200 yarışmçıq layihənin olduğuna toxunan vali müavini onların tamamlanması üçün ötən il əyalətə ayrılan ümumi büdcənin 3 qatına ehtiyac duyduqlarını bildirib.

Qeyd edək ki, bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) əyalətdə yüzlərlə yarımçıq layihənin olduğunu demişdi.

“Ölkənin ən böyük layihələri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq” deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.

Okumaya devam et  İran məktəblərində fars dilinin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir