Şərqi Azərbaycanda güclü külək problemlər yaradıb-Ölən və yaralananlar var

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin verdiyi məlumata görə, aprelin 12-dən başlayan güclü külək və fırtına Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində ciddi problemlər yaradıb, 6 nəfərin yaralanmasına səbəb olub. - rqi z rbaycanda g cl k l k probleml r yarad b l n v yaralananlar

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzi bir neçə nəfərin yaralandığı barədə məlumat yayıb.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin verdiyi məlumata görə, aprelin 12-dən başlayan güclü külək və fırtına Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində ciddi problemlər yaradıb, 6 nəfərin yaralanmasına səbəb olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, Təbriz Bazarında uzun ömürlük çınar ağacının qırılıb vətəndaşın üstün düşməsi nəticəsində bir nəfər həyatını itirib.

Bununla yanaşı Təbrizin bir sıra məhəllələri və əyalətin bir neçə şəhər və kəndində elektrik xətləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayanıb.

Okumaya devam et  “Keşlə” gələn ildən “Şamaxı” olacaq

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir