Təbriz kağız fabrikinin iki işçisi faciəli şəkildə ölüb

Məlumata görə, Behşəhrdə yerləşən fabrikdə təmizlik üçün kağız çəninə girən Səid Cavadi və Əlirza Müsafir xəmirlənmiş kağızların zəhərli qazından zəhərləniblər. - briz ka z fabrikind iki i isinin faci vi kild h yat n 780x470 1

Təbriz Kağız Fabrkində iki işçi iş qəzası nəticəsində faciəLi şəkildə həlak olub. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Behşəhrdə yerləşən fabrikdə təmizlik üçün kağız çəninə girən Səid Cavadi və Əlirza Müsafir xəmirlənmiş kağızların zəhərli qazından zəhərləniblər.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

Okumaya devam et  Ceyhun Bayramovla rusiyalı həmkarı arasında telefon danışığı olub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir