Güneyli uşağa 15 aydan sonra türkcə şəxsiyyət vəsiqəsi verilib

“Aznews tv”nın xəbərinə görə, Sevginin anası Rəna Balar bu barədə özünün sosial media hesabında paylaşım edib. Daha öncə Sevginin atası da sosial mediada paylaşımlar edərək məsələni ictimailəşdirib və Qeydiyyat İdarəsinin türk adına şəxsiyyət vəsiqəsi verməməsinə etiraz etmişdi. - msg 1181644289 6355 780x470 1

İranın Qeydiyyat İdarəsinin təbrizli uşağa adının Sevgi olduğu üçün şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsindən 15 ay sonra, azərbaycanlı valideynlərin mübarizəsi nəticəsində Sevgi adı ilə sənəd almaq mümkün olub.

“Aznews tv”nın xəbərinə görə, Sevginin anası Rəna Balar bu barədə özünün sosial media hesabında paylaşım edib. Daha öncə Sevginin atası da sosial mediada paylaşımlar edərək məsələni ictimailəşdirib və Qeydiyyat İdarəsinin türk adına şəxsiyyət vəsiqəsi verməməsinə etiraz etmişdi.

Qeyd edək ki, İranın Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik sənədi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Okumaya devam et  Bir daha ayrı düşməyəcəyimiz Ağdam- Azad şəhərdə qəhrəmanlarla görüş

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir