“Facebook”un da aid olduğu “Meta” şirkəti bu şirkətin platformalarından akademikləri, fəalları, jurnalistləri və digər qurbanları hədəf almaq üçün istifadə edən İrandan olan iki ayrı kibercasus qrupunun hesablarını silib.
”Aznews tv” xəbər verir ki, “Meta” şirkətinin bildirdiyinə görə, daha öncə də aşkar edilən bu qruplardan biri özünü qanuni şirkət olaraq təqdim edərək “Facebook”, “Telegram” və digər platformalarda saxta şəxslərdən ibarət mürəkkəb şəbəkələrdən istifadə edərək, öz qurbanlarını hədəf alıb. “UNC 788” adlanan bu qrup daha öncə də “Meta”, “Google” və bir neçə digər platformalar tərəfindən aşkar edilərək ona qarşı tədbir görülüb.
“Meta” şirkəti sonda əlavə edib ki, İranın yeni aşkarlanmış daha bir kibercasus qrupu isə Amerika, İsrail, Rusiya və Kanada da daxil olmaqla bir sıra ölkələrdə enerji, dənizçilik, yarımkeçirici və rabitə xidmətləri sahəsində fəaliyyət göstərən şirkətləri hədəf alıb.
Yazıları posta kutunda oku