Güneyli milli fəalı zindanda qeyri-müəyyən durumda saxlanılır

Gilann əyalətinin mərkəzi Rəşt şəhərində yaşayan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni qeyri-müəyyən durumda saxlanılır və onun girov qarşılığında  Rəşt zindanından məzuniyyətə buraxılmasına icazə verilmir. - MAHAMMAD EYNI

Onun girov qarşılığında məzuniyyətə buraxılmasına icazə verilmir.

Gilann əyalətinin mərkəzi Rəşt şəhərində yaşayan güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni qeyri-müəyyən durumda saxlanılır və onun girov qarşılığında  Rəşt zindanından məzuniyyətə buraxılmasına icazə verilmir.

Eyninin yaxınları onun işinin prokurorluqdan məhkəməyə göndərildiyini, təhlükəsizlik idarəsinin əməkdaşlarının basqı və təhdidləri səbəbindən ailəsinin açıqlama verə bilmədiyini deyirlər.

Qeyd edək ki, Gilan əyalətinin mərkəzi Rəş şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yanvarın 22-də təhlükəsizlik idarəsinə çağırılıb.

Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə gedən fəal saxlanılıb və martın 7-ə kimi onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə ailəsinə heç bir məlumat verilməyib.

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi.

Okumaya devam et  Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir