İranda ötən il dörd mindən çox həkim ölkədən getmək üçün müraciət edib

“Aznews tv”xəbər verir ki, bu barədə Rza Laripur dünən İran mediasına açıqlamasında habelə bildirib: “Sertifikat almaq üçün müraciət edənlərin çoxu 2021-ci ilin avqust ayında, mühacirət sertifikatı üçün müraciət edənlərin çoxu isə ümumi təcrübəçilər olub”. - msg 1181644289 6213

İranın Tibb Sistemi Təşkilatının sözçüsü ötən il (İranda yeni il martın 21-də başlayır) 4000-ə yaxın həkimin digər ölkələrə mühacirət etmək üçün “miqrasiya sertifikatı” (Good Standing) almaq üçün müraciət etdiyini deyib.

“Aznews tv”xəbər verir ki, bu barədə Rza Laripur dünən İran mediasına açıqlamasında habelə bildirib: “Sertifikat almaq üçün müraciət edənlərin çoxu 2021-ci ilin avqust ayında, mühacirət sertifikatı üçün müraciət edənlərin çoxu isə ümumi təcrübəçilər olub”.

Bu sertifikat digər ölkələrdə öz sahələrində çalışa bilməsi üçün həkimlərə verilən sənəddir.

Xatırladaq ki, son illərdə İran rejiminin yanlış siyasəti və ağır iş şəraiti və aşağı maaş səbəbindən yüzlərlə həkim, o cümlədən digər sahələrdə çalışan savadlı kadrlar ölkədən gedərək digər dövlətlərə sığınmaq məcburiyyətində qalırlar.

Okumaya devam et  Görkəmli şahmatçı Vüqar Həşimovun əziz xatirəsi yad olunub

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir